11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".

Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
UNESCO-da dünyannın nadir musiqi ifaçıları sırasında diski buraxılmışdır.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazıyla dünya mədəniyyəti meydanına çıxa bilərdik."
Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. Öz vəsiyyətinə əsasən 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

Mükafatları:

"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 sentyabr 1990
Azərbaycan Respublikası Prezidentinin təqaüdü — 10 oktyabr 1997
"Şərəf" ordeni ilə təltif edilmişdir

 


Aşıq Ədalət Nəsibovun ruhuna  Bəydadaş Cəfərlinin ithaf etdiyi bir seiri sizlərə ərməğan edirik:
    Yetmiş  il çaldığın  qara sazını
    Hansı şəyirdinə əmanət etdin.
    Qara saz sinəndə ərköyün idi,
    Yetim qoyub ona xəyanət etdin.

    Qatdın nəfəsini saz havasına
    Çıxmışdın özünlə söz davasına
    Dözdün bu həyatın hər cəfasına
    Cocuğu bir Dədə Ədalət etdin.

    Sənətkar yetirib  Azəri yurdu
    Hər biri sənətdə basılmaz ordu
    Örnək eləmişdin Dədə Qorqudu
    Qəbrin yox, ruhunu ziyarət  etdin.

    Sazın havasına dağlar oynadı
    Yaxınlar, uzaqlar ətrə boyandı
    Göydə qanad çalan quşlar dayandı
    Güman olanları həqiqət etdin.

    Tamam eləmədin yetmiş səkkizi,
    Üfüqdə qaraldı səksənin izi.
    Çətinlik önündə bükmədin dizi
    İdrakın gücünə cəsarət etdin.

    Yaxına qoymadın həsədi, kini
    Ona görə oldun könül hakimi
    Ruhunu qorudun əmanət kimi
    Cisminə hər cürə xəsarət etdin.

    Sazınla açmışdın Koroğlu cəngi
    Qəlblərə yatırdı sözün ahəngi
    İlhamınla oldun sənət nəhəngi
    Özün məktəb oldun, təriqət etdin.

    Sazın tellərində şimşək çaxırdı
    Mizrabın könlündən sellər axırdı
    Göyün sinəsinə ulduz taxırdı
    Barmaqla bənzərsiz  fərasət etdin.

    Əbədi olaraq yumub gözünü
    Əcəlin cənginə verdin özünü
    Nəsillər dilində ozan sözünü
    Əməl olunacaq nəsihət etdin.

    El-oban bürüyüb beş arşın ağa
    Nəşini verdilər qara torpağa
    Ruhunu göylərə verdin sadağa
    Arxanca neçəsin  xəcalət etdin.

    Adını obadan, elindən aldın
    Onun ürəyində əbədi qaldın
    Hər cür havacatı min dəfə çaldın
    Bəxtəvər başına, şücaət etdin.

    Azman sənətkarlar varisi idin
    Ələsgər, Ağ aşıq hərisi idin
    Sədəf dünyasının varisi idin
    Aşıq Alı kimi  dəyanət etdin.

    Bəydadaş,  insana zinətdir kamal
    Kamalı olanda düz olur amal
    Dolaşıq dövranda əməlin halal
    Haqqa əqidənlə ibadət etdin.

Aydın Adıgözəlli,
ATİA.AZ saytının təsisçisi
 və baş redaktoru


Tarix: 5-08-2021, 19:24 Oxunub: 914


Bölməyə aid digər xəbərlər