Meydandakı qadın faktoru - S T E F A N İ: - yenə sevgidən nifrətə....

Acımasız görünən insanlara yaxından baxış. Bu dəfə hədəfim böyük lider Adolf Hitlerdir. Həyatı ziddiyyətlərlə dolu olan bu möhtəşəm adamın duyğu dünyasına birgə səyahət edəcəyik....

Mən onun həyatını araşdıranda həmişə kövrəlirəm, nədənsə mənə elə gəlir ki, onu heç anlayan olmamışdır. Zaman geri gəlsə və cəmi bir saatlıq müsahibə alsam ondan, çox maraqlı duyğulara şahid olarıq; əlbəttə ki, mikrofonu və kameranı rədd etməsə. 


Meydandakı qadın faktoru - S T E F A N İ: yenə sevgidən nifrətə....


Məşhurların psixi durumu mənə həmişə maraqlı oldu. Xüsusilə də liderlərin. Məşhur qatillərin həyatındakı qadın amilini təqdim etmişdim sizlərə. Hətta onların arasında daha bir Stefani vardı - Ted Bandinin əvəzedilməz sevgisi.

Yenə bir Stefani gəlir meydana və burda da qadının, insanı qatilə çevirən səbəb kimi dəyişməzliyini göstərəcəyəm sizlərə.

Xoş mütaliələr.


Problemin bitdiyini görəndə yeni problem axtaran bu dəliqanlı bir dəfə qolundan tutub onu dostuna göstərdi:

-Ondan xoşum gəldiyini bilirsən də...

Qızın kiçik bir təbəssümü onu sanki yenidən həyata qaytarır, sözünə məhəl qoymadığı anlarda isə Adolf dünyanı özünə düşmən görür, hirsli olurdu.

Bizə elə gələr ki, Adolf heç vaxt zarafat etməyib. Etməz. 

Amma elə deyil. O, ən etibarlı adamlarının yanında normal bir zarafatlar edərdi. 

Bizə elə gələr ki, Adolfun duyğuları yoxdur. Yəni 4 illik ilk sevgisi olan bu qıza olan duyğuları istisna edilsə. 

Amma elə deyil. Orda bir Stefani vardı- incə, hündürboy, sarışın saçlarını toppuz yığıb anası ilə arabir küçədə görünən. 

Hərdən əsəbiləşərdi:

- Başa düşmürsən e, başa düşmürsən, əsl sevgidən xəbərin yoxdur sənin.

Onun arabir salam-kəlam etdiyi adamdan öyrəndik ki, nişanlı deyil. 

Bu, sevindirici haldır!

Amma ortada qeyri-bərabərlik adlı nəhəng bir əngəl vardı. 

1. Atası yüksək vəzifəli şəxs idi. 

2. Qız rəqs sevirdi, rəqsə gedirdi.

3. Ən pisi də o idi ki, o sanki bu kasıb oğlanı görmürdü, gözü gənc zabitlərdə olurdu. Lənət olsun.

Bu rəqs də bir kabus kimi çökmüşdü ömrünə. 

Bir gün çarəsizcə mənə üz tutdu:

- Nə edim?? Rəqsə nifrət edirəm, rəqs meydançasında onu bəsit bir oğlanın qollarında görsəm, ürəyim dayanar! 

- Versiya yoxdur, rəqs öyrən.

- Xeyr, xeyr! Heç vaxt etmərəm! Stefani, sadəcə, toplum tərəfindən məcbur edildiyi üçün rəqs edir! Birdəfəlik arvadım olduqdan sonra rəqsə aid cüzi istəyi qalmayacaq!

Deyəsən, öz sözlərinə özü də inanmamışdı. Çünki bir müddət rəqslə bağlı cəhdlər etdiyini sezdim. Yaxın vaxtlarda məndən musiqi ifa etməyimi istəyəcəkmi?

Həftələrlə, aylarla düşünüb durdu, sonra ağlına dəli bir plan gəldi: bir yolunu tapıb qızı qaçırtmaq... Planı detallarına qədər söylədi. O, qızı tutarkən mən qızın anası ilə söhbət etməkdə mükəlləf idim🥴

-Yaxşı, bəs necə dolanacaqsınız?

Sualım onu çaşdırdı. 

Tərslikdən Stefani bu aralar ona düşməncəsinə davranırdı. Ümidlər yerlə-yeksan.... 

İntihar planı quran Adolf özünü Tuna çayından atmağı, hər şeyi bu cür bitirməyi istədiyini söylədi. Amma  yanında Stefani də olacaqdı. Yenə rolum vardı: bu qorxunc səhnəcikdə sağ qalacaq yeganə şəxs olaraq mənə öhdəliklər tanımışdı. Ürpənirdim. Yuxumda da görürdüm...

Bu, onun intiharı düşündüyü ilk və son hadisədir deyərdim...

Bayram gününü gözətləyirdik. Dar küçələrdən keçib klounların gül-çiçəkli qızlara əl yellədiyi şən bir bayram günündə meydana çıxdıq. Ətraf sanki qaynayırdı. Amma Adolf bunların heç birini görmürdü, gözü Stefanini axtarırdı. 

Qolumu bərk sıxdı.

Bəzəkli arabalar gəlirdi. 

Və budur, anasının çətir tutduğu qızın əyləşdiyi araba və o, xüsusi bəzəkli arabada, güllərlə, çiçəklərlə gəlməkdədir... Adolf həyəcandan buxarlanmaq üzrədir☺️Yaxınlaşırlar və qızı ilk dəfə bu qədər yaxından görür... Stefani ona gülümsəyir və əlindəki buketdən bir çiçək qoparıb ona doğru atır....

Araba keçib getmişdir, fəqət Adolf hələ də yuxuda kimidir, əlindəki gülə baxır. Onu heç vaxt bu qədər xöşbəxt görməmişəm.

- Sevir məni, sevir! Gördün? Sevir! 


Adolf o gülü hər zaman medalyonunda saxladı...

Zavallı dostumun mənlə sirri idi Stefani. Heç kim bilmirdi. Bircə mən... 

Anası Klara oğlunun qəribə hallarını, hər dəfə məni gözü axtarmasını, məni görəndə sevinclə çıxmasını hiss etmişdi. Bir dəfə məni kənara çəkib soruşmuşdu ki, oğlunun nə dərdi var... Dedim ona məsələni. Təbəssüm etdi.


Bu aralar dostum xəstə yatır. Maraqlı rəsm çəkir. Mənə deyir ki, Stefani üçün renessans tərzdə bir ev dizaynı fikirləşirəm...

Hələ də xəstə yatağında idi Adolf. Stefani anası ilə birlikdə ona baş çəkməyə gəlmişdi. Ona təbəssüm etmişdilər. 

Gözləri sevincdən parıldayan oğlan sürətlə sağalmağa başladı.... 

Artıq iki dost yeni planlar qururdu. Daha doğrusu, dostu ona kömək edirdi. Adolf onu öyrətmişdi ki, Stefani ondan Adolfu soruşsa, yalandan desin ki, xəstə deyil, sağalıb, təhsil almağa gedəcək Vyanaya, ya da ki... İtaliyaya .... Hə, İtaliya olsun... Desin ki, 4 il sonra gəlib səni istəyəcək, hə desən, təcili şəkildə toy hazırlıqlarına başlayacaq...

Adolf bir burulğan içərisindədir sanki. Bir yandan, Stefani ilə xöşbəxt ailə planları,  gözəl xəyallar qurur, onunla xöşbəxt bir ailədə yaşadığını təsəvvür edir, bir yandan da qəribə bir paradoksallıqla geri çəkilirdi. Hər ikisi həyatda idi, hər ikisi bir-birindən xəbərdar; di gəl ki, Adolf heç bir zaman irəli addım atmadı....

 (Əlbəttə ki, intihar fikri yenə təkrar olunacaqdı....)

Allah rəhmət eləsin. 

Və sonra o, anasını itirdi. Yıxıldı... Dünya gözündə çökmüşdü....

Və sonra bu kövrək duyğuları gizlədən, tək, amma güclü, tək, amma ehtiyacsız görünən bu insan birdən-birə dönüb qitəni silib-süpürən qətliamların səbəbkarına çevrildi. Bütün bunlar bir anda, bir gündə, bir ildə baş vermədi. Zaman keçdi. Keçdi və məsum, öyrənmək, yaşamaq, yaşatmaq eşqi ilə yanıb-tutuşan bu cavan oğlanı- Adolfu özü ilə apardı, əvəzində ruhsuz, duyğusuz, sevgisiz bir fhürer gətirdi! 

Bəli, hamımızın gözü önündə bir adam rəsmən modifikasiyaya uğradı. Sevdi, sevildiyini heç bilmədi. İtirdi, yıxıldı, qalxdı.... Həm də necə bir qalxdı.... 

Məşhurların həyatında itki və böyük acı yaşananda(adətən onun üçün yeganə güvənilir biri və qadın cinsi) PTSP onlara iki cür təsir edir:

1. Ya acılarından arınıb, səssizcə böyük uğurlara doğru gedər;

2. Ya da bir ömür boyu ehtiyacında olduğu özünütəsdiq üçün bir ömür xərcləyərək acılarını başqalarının çəkməsi və duyması üçün bütün pisliklərə əl atarlar. 

Adolf burda hansıdır? Cavabı sizə buraxacağam, əziz oxucu. 


Baxın, yenə qadın amili və ana faktoru şəxsiyyətin formalaşmasında aparıcı və tətikləyici detal kimi varlığını sürdürməkdədir.

Hər dəfə məni kövrəldən adam, böyük lider, ruhun şad olsun. 









Aygün Sadiq


Tarix: Bu gün, 21:20 Oxunub: 46


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930