Atlaz Rzayi 1991-ci il oktyabr ayında Salyan rayonu Yenikənd kəndində anadan olmuşdur. Yaradıcılığa uşaq yaşlarından başlamışdır. 2018-ci ildən "Oxu məni" qəzeti , "Əsrin ziyalıları" jurnalı, "Turan ellərinin söz çələngi" ,"Zərif kölgələr" və.s dərgilərdə dərc olunur.
Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” Fəxri Diplomu, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, "Tomris" Ödülü və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair Atlaz Rzayinin sənət bağçasından bir neçə yarpağı t\qdim edirik.
Unutdum
Sən məni öz istədiyin kimi sevdin,
Tərifini verə bilmirəm.
Ağlındaydım? qəlbindəydim?
Tərəfini verə bilmədim.
Hava kimi qarışıq idi
Sevməyin də,
Getməyin də, gəlməyin də.
Üç çevirməyin də.
Sənin üçün sevgi,
Mənim üçün dar ağacıydı hisslərim.
Hər gün ölürdüm.
Dirilib sonra ölümə gülürdüm.
Bu başqa əzab idi.
Bu başqa hesab idi,
İçimdəki evgidən qurtulmaq üçün.
Səni daha gözəl öldürmək üçün
İlk olaraq nifrətimi öldürdüm,
Sonra məhəbbətimi.
Dua üçün qalxan əllərimin qatili oldum.
Sənə gəlməsin deyə
Ayaqlarımı yarpaq kimi qurutdum.
Mən səni öz istədiyim kimi unutdum.
Çox sağ ol
Sorursan halımı, günlük işimlə
Başımı qatıram yenə, çox sağ ol.
Saat doqquzda da , saat onda da
Yorulub yatıram yenə, çox sağ ol.
Düşüb qab-qacaq da qırımlır hərdən,
Ürək dincəlibdir daha fikirdən,
Sənə etibarda oxşayıram mən,
Mən sənə çatıram yenə çox sağ ol.
Sən məni sağ bilib çəkdiklərini,
O ağlı-qaralı əkdiklərini
Sənin artığını, əskiklərini
Mən sənə satıram yenə, çox sağ ol.
Qorxuram
Səni itirməkdən qorxmuram əsla,
Səni unudaram ondan qorxuram.
Unudaram varlığımın
Sən tərəfin,
Taparam qəm tərəfin.
Gündüzlərin işığını,
Sözlərin bəzəyini,
Yaraşığını
İtirərəm.
Mənasından doymadığım
Bu sevginin
Əllərindən tutmuşam.
Ətəyindən tutmuşam uşaq kimi.
Hamı keçib zaman adlı sınaqdan,
Mənsə hələ ələyindən tutmuşam.
Unutmaqdan yaxşı imiş itirmək,
Gözəlik ki, itib getmir aradan.
Ümidindən, dirəyindən tutmuşam.
Səni unutmaqdan elə qorxuram.
Çoxdur yer üzünün incidənləri,
Unutsam, kim bilir kimə tuş ollam.
Mən indi insanam
Zaman keçincə,
Qorxuram unutsam,
Dönüb daş ollam.
Mən Turana bağlıyam
Turan, Türk yaşadıqca,
Hər bir ana bağlıyam.
Ən əziz övladıtək
Mən Turana bağlıyam .
Bir əlim bayrağından,
Bir əlim torpağından
Tutub, zirvəyə qalxan
Mən Turana bağlıyam.
Əl üzüb hər irqindən,
Yerin cənub, şərqindən,
Dünyanın hər yerindən
Mən Turana bağlıyam.
Öz köküm, adım kimi,
Öz közüm, odum kimi,
Müqəddəs andım kimi
Mən Turana bağlıyam.
Bölməyə aid digər xəbərlər















