İstedadlı xanəndə, tanınmış müğənni, ən əsası gözəl insan Sahib İbrahimovun doğum günüdür.
Sahib İbrahimov 1970-ci ildə Qazax rayonunun Daş Salahlı
kəndində anadan olub. Musiqiyə marağı erkən yaşlarından formalaşıb.
1991-ci ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində xanəndə Hacıbaba Hüseynovun muğam sinfində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində solo oxu ixtisası üzrə təhsilini davam etdirib.
1996-cı ildən etibarən təhsilini Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində davam etdirib. Həmin dövrdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına solist kimi qəbul olunub.
1998–2006-cı illərdə Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərib. 2002-ci ildə tarzən Möhlət Müslümov və kamançaçı Fəxrəddin Dadaşovun müşayiəti ilə ifa etdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısı Almaniyada disk formatında buraxılıb.
2005-ci ildə Habil Əliyevin rəhbərliyi ilə hazırlanan “Rast” muğam dəsgahı layihəsində iştirak edib.
2006-cı ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərir.
Oxuduğu Zabul segah muğamı radionun Qızıl Fondunda saxlanıllr.
Eyni zamanda Qarabağ uğrunda gedən mübarizədə hər bir vətənpərvər Azərbaycan oğlu kimi döyüşlərdə qəhrəmanlıqla iştirak edib, qazidir.
Ailəlidir. 2 övladı, gözəl nəvələri var.
Biz də ATİA.AZ saytının yaradıcı kollektivi adından Sahib müəllimi təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları və xoşbəxtlik arzu edirik.
ATUA.AZ saytının baş redaktoru
Aydın Adıgözəlli
Bölməyə aid digər xəbərlər















