1993-cü ildə Füzuli rayonunun işğalından bir neçə gün sonra beyninə qan sızıb. 5 il xəstə yatan şair, 1998-ci ildə vəfat edib. Adil Nəsibov bildirib ki, "Kitablarda ümumilikdə 200 əsərin not yazısı, topluda isə simfonik orkestr və xalq çalğı alətləri orkestri üçün partituralar əksini tapəb. Bununla da müxtəlif təyinatlı musiqi kollektivlərinə böyük əksəriyyəti ifa edilməmiş müxtəlif mövzuları əks etdirən əsərlərlə tanış olub repertuarlarını daha da zənginləşdirmələri üçün töhfə vermiş olduq. Həm kitablar həm də toplu “Konstitusiya və suverenlik ili” və Zəfərimizin beşilliyinə həsr edilib". Bu layihələrlə parallel olaraq QHT-lər tərəfindən Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə milli mətbuatımızın 150 illiyinə və ekologiyamıza həsr edilmiş “Bəhram Nəsibov əsərlərdə” adlı film-konsert layihəsi icra edilib. “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinə bu xeyirli və maarifləndirici işlərində uğurlar arzulayırıq.
Tanınmış bəstəkar, şair, tarzən və gitaraçı Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Fizuli rayonunda anadan olub. Atası və əmisi tarzən olub. 12 yaşı olanda atasını itirir. 1962–1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "QARABAĞ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Vuruldum, ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B.Nəsibov həm də tarda və gitarada gözəl ifa edirdi. Bundan əlavə Bəhram Nəsibov çoxlu sayda şeirlər, bəhri-təvillər, uşaq mahnılarının müəllifidir.
“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri, məşhur bəstəkarın oğlu Adil Nəsibovun səyi nəticəsində İctimai Birlik əlamətdar tarixlərə töhfə vermək məqsədilə bəstəkar Bəhram Nəsibovun Vətənə, Zəfərə və suverenliyə həsr olunmuş mahnı və marşlarından ibarət nəşrləri işıq üzü görüb. Belə ki, “Nəğmələrdə yaşayan ömür” kitabının III və IV cildləri, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş “Ana məktubu” adlı toplu dərs vəsaiti kimi nəşr olunaraq kitabxanalara, universitetlərə, musiqi kolleclərinə, arxiv idarələrinə və musiqi kollektivlərinə hədiyyə edilib.
Bölməyə aid digər xəbərlər
















