Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Sosialist Əməyi qəhərəmanı və SSRİ Ali Sovetinin deputatı Rəşid Behbudov təkcə bənzərsiz səsi və ifası ilə deyil, əsl vətənpərlik nümunəsi kimi yaddaşlarda qalıb.
Təsadüfi deyil ki, xalq öz sevdiyi qəhrəmanları haqqında müxtəlif əfsanələr uydurur. Eynən Rəşid Behbudov kimi… Dahi sənətkarın həyatı və ölümü haqqında bu gün də müxtəlif söhbətlər gəzir. Rəşid Behbudov 1989-cu ilin 9 iyununda dünyasını dəyişsə də onun ölümü haqqında müxtəlif fikirlər səslənir.
Səslənən bütün fikirlərin məcmusu isə ondan ibarətdir ki, böyük sənətkar öz əcəli ilə ölməyib, şəhid edilib.
Rəşid Behbudovun ölüm fərmanını SSRİ rəhbərliyi vermişdi.
Rəşid Behbudov təkcə müğənni deyildi, həm də ictimai xadim idi. O SSRİ Ali Sovetinin iclaslarında hər zaman prinsipial mövqe ortaya qoyurdu. Məlum olduğu kimi 1988-ci ilin fevralında Qorbaçovun xeyir-duası ilə ermənilər yenidən Azərbaycana qarşı torpaq iddiasına başladılar. Hadisələrin qızışmağa başladığı ilk gündən digər soydaşlarımız kimi Rəşid Məcid oğlu bütün instansiyalarda Azərbaycan həqiqətləri və haqqı uğrunda mübarizə aparırdı.
Akademik Tofiq İsmayılovla Rəşid Behbudovun o zamanlar SSRİ Ali Sovetinin iclaslarında necə alovlu və yanğı ilə çıxış etdiklərini yaşlı nəsl çox yaxşı xatırlayır. Çox təəssü ki, hər iki şəxsiyyət sonrakı illərdə müəmmalı şəkildə öldürüldü.
Azərbaycanın bu böyük oğlunun ölüm fərmanını SSRİ-nin o zamankı rəhbəri Mixail Qarboçov tərəfindən verilmişdi. Səbəbsə çox sadə idi. Mixail və Raisa Qorbaçovlar bütün fəaliyyətləri dövründə ermənilərlə əhatə olunmuşdu. Hətta bəzən deyirlərdi ki, “ermənilər Raisanı, Raisa isə Mixaili idarə edir”.
“Leçkomissiya”da məni öldürəcəklər”
Rəşid Behbudovun qızı Rəşidə xanım xatirələrinin birində danışır ki, “Mahnı Teatrı yeni binaya köçmüşdü. Lakin, yeni binada istilik sistemi yox idi. Ona görə də atam bərk soyuqlamışdı.Tutduğu statusa uyğun olaraq onu Kremlin “leçkomissiyası”na apardıq. Həkimlər müayinə etdi. Dedilər ki, “böyrəyinin birində problem var. Əməliyyat etməliyik”. Razılaşdıq.
İyunun 9-da səhər saat 9-da anamla “leçkomissiyaya” gəldik. Həkimlə görüşdük. Əməliyyatın nə vaxt olacağını soruşduq. Həkim gözlərini bizdən qaçıraraq dedi ki, “əməliyyat təxirə salındı”. Soruşduq “niyə?” Həkim dedi ki, “Mərkəzi Komitənin qərarıdır. Gözləməliyik…”. Gözləmək məcburiyyətində qaldıq. Bizi hətta palataya da buraxmadılar. Nəhayət dözməyib zornan da olsa palataya keçmək istədik.
Bu zaman qapıda duran tibb bacısı “Rəşid Məcidoviçi itirdik” dedi. Təlaşla içəri keçdik. Atam aparatdan ayrılmış, cansız şəkildə uzanmışdı. Soruşdum ki, “aparatdan onu kim ayırıb?”. Tibb bacısı əvvəl çaşdı, bir qədər sonra isə dedi ki, “xəstə özü aparatdan ayrılmaq istədi”. Həmin vaxt təlaşdan nə baş verdiyini anlamadıq.
Sonralar “leçkomissiya”ya gedəndə nə həmin tibb bacısını, nə də ki, atamı müalicə edən həkimi tapa bilmədik. Sanki, yoxa çıxmışdılar”.
Rəşid Behbudovun ömür-gün yoldaşı Ceyran xanımsa xatirələrində danışırdı ki, “biz Rəşidi “leçkomissiya”ya aparanda getmək istəmirdi. Deyirdi ki, “məni orda öldürəcəklər”. Elə bil ürəyinə danmışdı…”
Bəs Rəşid Behbudovun ölümü Qorbaçovun nəyinə lazım idi?
Bu barədə aşağıdakı videoda ətraflı bəhs olunur:
Bölməyə aid digər xəbərlər