21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
15 yaşlı oğlan bıçaqlandı

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini 2009-cu il təvəllüdlü A. P.-nın kəsici alətlə kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.

Yaralı dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E. İ.-nin törətməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, hadisə iştirakçıları məktəbli olsa da, insident təhsil ocağından kənarda qeydə alınıb.

Tarix: Вчера, 21:37 Oxunub: 32


Bölməyə aid digər xəbərlər