AXCP-nin rayon təşkilatının sədri qətlə yetirildi...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bərdə rayon təşkilatının sədri Çapay Sadıqlı qətlə yetirilib.
Hadisə Bərdənin Samux kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb.
Bu gün X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib.
Məlumata görə, Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.
Daxili İşlər Nazirliyi (DİN) məlumatı təsdiqləyib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bərdə Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Onun barəsində cinayət işi başlanıb.
Çapay Sadıqlı AXCP-nin Bərdə rayon təşkilatının sədri olub.



Tarix: 27-06-2022, 23:02 Oxunub: 461


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31