"İncə fikirlər" layihəsinin ilk qonağı Sevinc Şirvanlıdır

"İncə fikirlər" layihəsinin ilk qonağı Turan Yazarlar Birliyinin üzvü, "Həməşəra" fəxri diplomu, "Ziyadar" mükafatı, "Turan ödülü", TYB-nin xüsusi ödülü və "Tomris" Ödülü laureatı, şair Sevinc  Şirvanlı dır. 


*Sizcə, geniş təqdimat sizin haqqınızda çox söz deyir? Yoxsa, sadəcə , Sevinc Şirvanlı ?


Mənə qalsa, Sevinc Şirvanlı, bəzən insanlarda Şirvanlı təxəllüsü maraq doğurur deyə təqdimata ehtiyac var, çünki çox vaxt bu sual ilə qarşılaşıram. Cəlilabadda anadan olmusan, niyə Şirvanlı təxəllüsünü götürmüsən? Bunu izah etmək üçün təqdimata ehtiyac var.


 *Ədəbiyyatda olma səbəbiniz. Daxili ehtiyac, yoxsa daxili məcburiyyət?* 


 Nə ehtiyac, nə də məcburiyyət. Allahın mənə bəxş etdiyi fitri istedad.


 *Sizi kim təqdim edəndə daha çox sevinirsiniz ?


 Şəxsiyyətə və insanlığa daha çox önəm verən bir insan olsun , yetər


 *Daha çox kitab yazmaq, yoxsa oxumaq- hansı daha yaxşıdır? 


Hər ikisi önəmlidir.Mənim üçün daha çox kitab yazsan, əbədiyaşar olacaqsan. Daha çox kitab oxusan, intellektual səviyyən başqalarından çox olacaq.



 *Ədəbiyyatın ədəbi, işığı yolunuzda hansı izlər buraxıb?* 


 Çox yerdə özümə qarşı hörmət görmüşəm.


 

 *Cəlilabad ədəbi mühitinin xanım yazarı olmağın üstünlükləri** .


Fəxr edirəm ki, Cəlilabad əbədi mühitində mənim də imzam var və bu mənim üçün üstünlükdür.



 *Sizcə, ağrılar sözə çevrilir, yoxsa söz ağrıya?



Bəzən hər ikisi olur. Ağrını tək çəkəndə  sözə çevrilir. Bəzən də belə olur, çəkdiyin ağrını başına qaxınc edəndə kənardan o zaman söz ağrıya çevrilir.


 

 *Sirrinizi açan şeirləriniz olub ?


Mən bütün həyatımı, sirrimi elə şeirlərimdə bölüşürəm və "Yazdığım bu şeirlər" adlı şeirimdə belə yazıram:


"Mən dərdimi deməyə

Axtarmıram qohum, yad.

Ruhum edəndə fəryad

Harayıma gəlirlər,

Yazdığım bu şeirlər." 



 *Hansı mövzuda yazmaq daha ağırdır?* 


Mənim üçün bütün mövzular ağırdır, çünki şeir mənim üçün ən ali dəyərlərdən biridir və məsuliyyətlidir.



 Sizcə, şeir külək kimidirmi ?


İlham pərisi gələndə şeir külək kimi olur. Necə ki, düşüncələrini ağ kağıza köçürtdün, o zaman külək əsib  keçir. Şeir isə əbədi qalır. Şeir, məncə, külək deyil. O, dünyamı nura qərq edən günəş kimidir.

Sonda, qonağı olduğum "İncə fikirlər" layihəsinin rəhbəri- əziz bacım, dəyərli həmkarım Atlaz xanım Rzayiyə öz dərin minnətdarlığımı bildirirəm, bu müsahibəyə görə.


Müsahibəni götürdü: 

Atlaz Rzayi - Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və "Nizami Gəncəvi" fəxri diplomları, “Ziyadar” mükafatı, TYB-nin xüsusi ödülü, "Tomris" və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair.


Tarix: Bu gün, 21:24 Oxunub: 21


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31