ƏMƏKDAR HƏKİM, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, MİLLİ ONKOLOGİYA MƏRKƏZİNİN ONKOLOQ-HƏKİMİ, ƏZİZ ƏLİYEV ADINA AZ.DHTİ ONKOLOGİYA KAFEDRASININ ASİSTENTİ ELÇİN BİLAL OĞLU MANSUROV 3 iyun 1960-ci ildə Qazax rayonu Ağköynək kəndində anadan olub. 1977-1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1989-cu ildən Milli Onkoloji Mərkəzində həkim-onkoloq vəzifəsində çalışmaqdadır.
1999-cu ildə Tibb elmləri namizədi dərəcəsinə layiq görülüb.
2016-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının assistentidir.
O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkimdir.
Onkologiya sahəsində çox sayda elmi işi və məqalələri dövrü nəşriyyatda və başqa ölkələrdə çap olunub.
Ailəlidir, 3 övladı var.
Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri Müşfiq Həsənovun fikrinə görə bu nəşr təkcə kitab deyil, həm də elmi mənbədir: “Burada həm elmi, həm də praktik nəticələr, öz tədqiqatlarımız əksini tapıb. Beynəlxalq yanaşmalarda son illərdə onkoloji xəstəliklərin müalicəsində yalnız kimyəvi terapiya və əməliyyat deyil, qidalanma da mühüm yer tutur. Bu baxımdan kitab olduqca əhəmiyyətlidir”.
Bundan öncə Əməkdar həkim Elçin Mansurovun “Kim üzr istəməlidir?” adlı kitabı da işıq üzü görüb. Çox sayda tarixi kitablar çap olunsa da Elçin Mansurovun yazdığı bu kitab bu günkü Azərbaycanımızın Azadlıq işığı ilə nurlanıb, 44 günə qələbə sevincinin, Şəhidlərimizin sevərək canlarını qurban verməsi və qazilərimizin fədakarlığı nəticəsində ucaldığı və Dəmir Yumruqlu, Ali Baş Komandanımızın xalqımızla birgə Zəfər Bayramını qürurla qeyd etməsi haqqında yazılıb.
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru
Bölməyə aid digər xəbərlər















