ELÇİN MANSUROVUN QIDALANMA VƏ ONKOLOGİYAYA DAİR KİTABI həm də elmi mənbədir

      Oxucularımıza ƏMƏKDAR HƏKİM, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU, MİLLİ ONKOLOGİYA MƏRKƏZİNİN ONKOLOQ-HƏKİMİ, ƏZİZ ƏLİYEV ADINA AZ.DHTİ ONKOLOGİYA KAFEDRASININ ASİSTENTİ ELÇİN BİLAL OĞLU MANSUROV və Elçin Mansurovun müəllifi olduğu,  akademik Cəmil Əliyevin təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Qidalanma və digər amillərlə onkoloji və yanaşı gedən xəstəliklərin əlaqəsi. Süni intellekt əlavə nə deyir?” adlı 2 hissəli, 4 cilddən ibarət kitabı haqqında maraqlı məlumat verməklə yanaşı tanınmış həkimimizin maraqlı müsahibəsini təqdim edəcəyik.

Qısa məlumat:

Mansurov Elçin Bilal oğlu 3 iyun 1960-ci ildə Qazax rayonu Ağköynək   kəndində anadan olub. 1977-1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1989-cu ildən Milli Onkoloji Mərkəzində həkim-onkoloq vəzifəsində çalışmaqdadır.

 1999-cu ildə Tibb elmləri namizədi dərəcəsinə layiq görülüb.

 2016-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasının assistentidir.

 O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkimdir.

 Onkologiya sahəsində çox sayda elmi işi və məqalələri dövrü nəşriyyatda və başqa ölkələrdə çap olunub.

 Ailəlidir, 3 övladı var.

 

    Əməkdar həkim, onkoloq Elçin Mansurovun dediyinə  görə, ilkin olaraq 200 səhifəlik kitab hazırlanması planlaşdırılsa da, son nəticədə materialların genişliyi səbəbindən 2000 səhifəlik nəşr ortaya çıxıb.

 
Elçin Mansurov vurğuladı ki, kitabın əsas üstünlüklərindən biri onun yazılış qaydasıdır:
 “Məlumatlar müxtəlif elmi mənbələrdən toplanaraq şərh olunub. Müəlliflərin hamısı elmi fəaliyyətlə məşğul olan şəxslərdir. Bu kitabdan həm tələbələr, həm də tədqiqatçılar istifadə edə bilərlər”.
 Daha sonra o, kitabın 14 xüsusi özəlliyi barədə məlumat verdi.
 Elçin Mansurov bildirdi  ki, kitabın satışından əldə olunacaq gəlir Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasına ianə ediləcək.

 Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri Müşfiq Həsənovun fikrinə görə bu nəşr təkcə kitab deyil, həm də elmi mənbədir:  “Burada həm elmi, həm də praktik nəticələr, öz tədqiqatlarımız əksini tapıb. Beynəlxalq yanaşmalarda son illərdə onkoloji xəstəliklərin müalicəsində yalnız kimyəvi terapiya və əməliyyat deyil, qidalanma da mühüm yer tutur. Bu baxımdan kitab olduqca əhəmiyyətlidir”.


Bundan öncə Əməkdar həkim Elçin Mansurovun “Kim üzr istəməlidir?” adlı kitabı da işıq üzü görüb. Çox sayda tarixi kitablar çap olunsa da Elçin Mansurovun yazdığı bu kitab  bu günkü Azərbaycanımızın Azadlıq işığı ilə nurlanıb, 44 günə qələbə sevincinin, Şəhidlərimizin sevərək canlarını qurban verməsi və qazilərimizin fədakarlığı nəticəsində ucaldığı və Dəmir Yumruqlu, Ali Baş Komandanımızın xalqımızla birgə Zəfər Bayramını qürurla qeyd etməsi haqqında yazılıb.

 

Elçin Bilaloğlunun yazmış olduğu "KİM ÜZR İSTƏMƏLİDİR?" adlı kitabı haqqında "Tanış Olaq" jurnalının təsisçisi, 6 dildə çap olunmuş  "Yurdu talan Xarıbülbül" poemasının müəllifi, şairə, publisist  Nüyvər Şərifova qiymətli fikirlər söyləyib.



 


ATİA.AZ saytının kollektivi adından Əməkdar həkim Elçin Mansurova uzun ömür, can sağlığı və gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.

 


Tarix: Bu gün, 22:13 Oxunub: 82


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930