Qazax Rayonlararası Ruhi Xəstəxananın baş həkimi Ramiz Mansurovun həmin xəstəxanada neçə ildi baş həkim işləməsi nəinki Qazağın ağsaqqallarının, hətta Səhiyyə nazirliyinin, eyni zamanda TƏBİB- in də yadından çıxıb. Hərçənd ki, TƏBİB təzə olsa da, onun da başını qaldırıb baxmağını xahiş edirik ki, vaxtı keçmiş bu kadrın belə bir diqqət tələb edən yerdə yarıtmaz işi kimə lazımdır? Rayon sakinləri və adının çəkilməsini istəməyən xəstəxanada çalışanlar onu da bildirirlər ki, cənab Rəcəb Babaşovun Qazaxa icra başçısı təyin edildiyi gündən bu səhiyyə ocağına diqqət və qayğısı olmasaydı, bəlkə də ruhi xəstələrin bura gəldiyi ilə əzrailə üz tutmağı eyniyyət təşkil edərdi. İnsafən unutmaq olmaz ki, Rəcəb Babaşov gələndən xəstəxanaya nəzarəti, təmirinə vəsait ayırtdırması, xəstələlərin yatacağından tutmuş yeməyinə kimi şəxsən özünün fikir verməsi ruhdan düşmüş xəstələrə yeni ruh verdi. Bu danılmaz bir faktdır.
Bəs Ramiz Mansurovun xəstəxanaya düşən işığa öz mənafeyi naminə kölgə salması necə başa düşüləndi?
Baş həkim artıq 70-ni haqlayıb. Təvəllüdünü bilənlər daha məlumatlı olarlar. Amma yenə də öldürdüyü və tutduğu vəzifədən kənarlaşmaq istəmir. Onda nədi bu insanı xəstəxanaya bağlayan? İnsanlara qayğımı?-Əsla!
Araşdırmalar göstərir ki, Ramiz Dursun oğlu Mansurov üçün ruhi xəstəxana ancaq gəlir mənbəyinə çevrilib. Günün ikinci yarısından sonra sərxoş olan baş həkim ruhi xəstəxananı ruhən məhv edib. Sərxoşluğun müəyyən edilməsində, yaşı 60-ı keçmiş sürücülərə sürücülük vəsiqəsinin dəyişdirilməsində verilən arayışa qoyduğu haqq, xəstələrin xəstəxanaya götürülməsində alınan “yağlı” rüşvət, xəstəxanaya ayrılan yanacağın aidiyyəti olmayan yerlərə kağız üzərində sərfindən gələn gəlir, xəstələrə verilən psixotrop maddələrin və qida məhsullarının talan edilməsi, təmirə ayrılan puldan “xırıd” etməsi, gənclərin bəzi işlərə düzəlməsində ruhi xəstəxanadan alınan arayışlardan gələın pullar Ramiz Mansurovun baş həkimlikdən uzaqlaşmağına necə imkan verə bilər?
Ramiz Mansurovun atası rəhmətlik Dursun Mansurov adi bir məktəb direktoru olub. Lakin Ramiz Mansurovun rayonda tikdiriyi imarətlər, Bakının mərkəzindəki evi onu göstərir ki, Mansurov korrupsioner bir şəxsdir. Yəni atasından bu insana köhnə bir ev qaldığı halda bu qədər varidatın əldə edilməsi onu göstərir ki, Ramiz Mansurov ancaq ruhi xəstələrin dərisinə “saman təpənlərdəndir”.
Baş həkim xəstəxananın işçilərinin də canını boğazına yığıb. O, qeyd etdiyimiz kimi günortadan sonra əksər vaxtı xəstəxanaya içkili gəlir. Gah stolda yatır, gah da acığını işçilərin üstünə tökür. Onlar da dövlət işinin qəhətə çıxdığı belə bir vaxtda söz qaytarmırlar ki, birdən əsassız olaraq onları işdən çıxardıb atar... Yəni, nə desən onlar Ramiz həkimdən gözləyirlər. Dəfələrlə də şahidi olublar.
Hələ bu azmış kimi, xəstəxanada yatan xəstələrə yaza-qışa baxmayarq özünə məxsus minik avtomobilini də yudurtmaqla ləzzət alır. Bu artıq onun istirahətinə çevrilib.
Bir misal da yada düşdü. “Qarabalaya söz demək olmaz!” İndi Ramiz Mansurov özünü elə aparır ki, guya heç kim bu adama söz deyə bilmir. Nə TƏBİB, nə də Qazax səhiyyəsinin rəhbərliyi. Belə ki, Ramiz Mansurov təşkilat içərisində təşkilat yaradıb. Görəsən, bu nə qədər doğrudur? Kimdir belə bir vaxtı çoxdan keçmiş həkimin havadarı? TƏBİB və ya aidiyyəti təşkliatlar hara baxırlar?
Yazı çapa gedərkən bir məlumat da əldə edə bildik ki, Ramiz Mansurovun oğlu Zaur Mansurov sən demə, Qazax Səhiyyəsinin hüquqşünası imiş. Bax belə yerdə Kərəmi ağlamaq tutur. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin ən yadda qalan maddəsinin birini Mansurov əzbərdən desə, ondan sonra asanlıqla Kür çayını keçmək mümkündür. A kişilər, daha bu qədər də “ağ” olmaz axı?
Yaxşı olardı ki, Mansurov şəxsən özü bilmədiklərimizi redaksiyaya məlumat verə. Bu yazdıqlarımızdan daha üstün ola bilər. Məsələn, vaxtı ilə Qazax səhiyyəsinin müdiri işləmiş Tapdıq Pənahovun dövründə Ramiz Mansurov xəstəxanaya məxsus yanacağı kimlərə və kimin vasitəsilə satdığını (erməniyə satdığını bilirik, onu demirik), “AZPETROL”- un qənşərindəki dəyəri 100 mindən artıq olan villanı hansı vəsaitlə tikdirdiyini, Bakıdakı evinin qiymətini, aldığı minik avtomobillərini və ilaxir.
Redaksiya olaraq, Qazax Polis Şöbəsinin YPX-nin əməkdaşlarından da bir xahişimiz vardır. Bir yetimin biri içkli olan kimi həmin dəqiqə təyin edib, maşınını tutur, özünü isə yüksək məbləğdə cərimə edirsiniz? Necə olur ki, Ramiz Mansurov ilboyu sərxoş olur, saxlanılmır?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər