Bu gün ustad Aşıq Ədalət Nəsibovun doğum günüdür.

Bu gün ustad aşıq, Türk dünyasının tanınmış dühası Aşıq Ədalət Nəsibovun doğum günüdür.
Ədalət Nəsibov 27 yanvar 1939-cu ildə Qazaxda pinəçi ailəsində anadan olmuşdur. Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. 
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.
Türk yazıçısı Əziz Nesin  onun haqqında söyləmişdir: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur".
O, "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz  ifaçısı kimi türkdilli xalqların qəlbində həmişəyaşar bir yer tutmuşdur.
Ustad sənətkarımız 14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunda dəfn olunmuşdur.
ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN…


Tarix: 27-01-2021, 23:15 Oxunub: 286


Bölməyə aid digər xəbərlər