Yağışlı havada Çinar Dibinə taksilər də getmir.... QAZAXDA

     Gördüyünüz bu mənzərə Qazax rayonunun "Çinar dibi"  adlanan məşhur yaşayış yeridir.  Xatırladaq ki, Saz sənətinin ALLAHI, məşhur DƏDƏ ƏDALƏT, İdmanın güləş növündə Azərbaycanı dünyaya tanıdan Dövlət Sərhəd Xidmətinin Polkovniki FİRDOVSİ UMUDOV və bir çox adlarını çəkmədiyimiz elm, sənət adamları məhz Çinar Dibinin sakinləri olub. Şəkildə gördüyünüz mənzərə Babək küçəsində çəkilib.   Yağışlı  hava olduğundan digər küçələrə girmək olmadı.  Ş.İ. Xətai, Nəsrəddin Tusi və Fərrux Qayıbov küçələrində  vəziyyət bundan da pisdir. Bu əraziyə artıq taksilər belə gəlmir.  Aidiyyatı qurumlar yəqin ki, insafa gəlib bir tədbir görəcəklər...
    Nə isə....Ümid sonda ölür, gözləyək....

AYDIN ADIGÖZƏLLİ,
ATİA.AZ saytının baş redaktoru


Tarix: 14-07-2023, 14:30 Oxunub: 660


Bölməyə aid digər xəbərlər
26-06-2022, 09:26 QAZAX İDMANINA DƏSTƏK OLAQ


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31