Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi idmana diqqət və qayğı da ön plana çəkildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanına hərtərəfli münasibəti bu gün də yüksək səviyyədə davam etdirilir. Hazırda Azərbaycan idmançıları idmanın bütün sahələrində öz sözünü deməkdədir.
Sərbəst güləş üzrə Dünya şöhrətli pəhləvan, yüksək orden və medallara layiq görülmüş Firdovsi Umudov kimi oğullar bu gün də idmanımızın bayrağını yükdəklərə qaldırmaqda davam edir.
Qazax rayonu da tarixən idmanın bütün növlərində öz sözünü demişdir. Elmi, təhsili, mədəniyyətilə seçilən Qazax respublikamıza həmişə tarixi şəxsiyyətlər bəxş etmişdir.
Heç kimə sirr deyil ki, artlq 30 ilə yaxındır ki, Qazaxda Azərbaycan Əlbəyaxa Döyüş Federasiyasının Prezidenti, Avrasiyanın əməkdar məşqçısi, boks və kinqboks sahəsində tanınmış udmançılar yetişdirən Azər Əhmədov öz sözünü deməkdədir.
Azər Əhmədovun yetirmələri Azərbaycan, Avropa və Dünya çempionları fəxri adlarını qazanmaqla idman tarixində Qazağın adını yüksəklərə ucaltmışlar. Bunlardan hal-hazırda Almaniyada yaşayan, 3 qat Dünya çempionu, peşəkar boksçu Azad Əzizov , dəfələrlə Azərbaycan və Dünya çempiomu, tanınmış kinqboksyor Kənan Mehtiyev, 7 qat Azərbaycan, dəfələrlə Avropa və Dünya çempionu Samir Məmmədov, 2 qat Azərbaycan çempionu, hazırda Respublika yığma komandasının üzvü, tanınmış boksyor Sərxan Budaqov, boks və kinqboks üzrə Azərbaycan çempionu, Avropa üçüncüsü S. Qarayev, boks üzrə Türkiyə çempionu Həsən Osmanov və başqalarını göstərmək olar.
Azər Əhmədov yenə öz fəaliyyətini davam etdirir, Qazaxda “SOLAXAY BOXİNG” boks və kinqboks məktəbində gənclərin bu idman növlərində tam yetişib, Beynəlvalq arenalara yüksəlməsi üçün əlindən gələni əsirgəmir.
Amma təəssüf hissi ilə qeyd edək ki, gənc idmançıların respublikadaxili və Beynəlxalq səviyyəli yarəşlarda iştirak etmələri üçün maddi vəsait tələb olunur. Məlumdur ki, bu vəsaitin tam ödənilməsi məşqçi və valideynlər tərəfindən mümkün deyil.
Qazağın imkanlı, ziyalı iş adamlarına üzümüzü tutub deyirik ki, Qazax rayononun adının da həmişə olduğu kimi Respublika və Dünya idman aləmində tanınması üçün imkanları daxilində köməklərini əsirgəməsinlər.
Hər bir sahəyə diqqət və qayğı olduğu kimi idmanın bu sahəsinə də diqqət və qayğı göstərmək dövlətimizin, eyni zamanda imkanlı şəxslərin vicdan borcudur
Azər Əhmədovun yetirmələrinə köməklikdə Qazax Xeyriyyə Cəmiyyəti İctimai Birliyi də kənarda qalmamalı, populyar idman növü olan boks sahəsində qazaxlı gənclərimizin yüksəklərə qalxması naminə maddi və mənəvi köməkliklərini əsirgəməməlidir.
Azər Əhmədovun özü istəməsə də biz onun əlaqə nömrəsini diqqətinizə çatdırırıq.
055-806-39-20 Azər Əhmədov
Ümid edirik ki, Qazağın vətənpərvər iş adamları bu çağırışımıza səs verəcəklər.
Aydın Adıgözəlli,
ATİA.AZ saytının baş redaktoru.
Bölməyə aid digər xəbərlər