11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ŞAİRƏ HƏRBÇİ HƏDİYYƏSİ

      Hərbçi oxucum mənə gözəl bir hədiyyə almışdı- saç aksesuarı...
 Hədiyyənin şəklini çəkib mənə göndərdi. Çox bəyəndim.  Şəkildə hərbçimizin əlləri zərər görmüş kimi idi.  Bu, yeni şeirimi yazmağa səbəb oldu..
         
   BU ƏLLƏR

Bizə adi görünür 
Bəzən dərin şəkillər, 
Amma şair gözündə 
Bunlar adi deyillər...

Bu əllərdir vətəni
Ucalarda saxlayan,
Torpağı qarış-qarış, 
Zərrə-zərrə yoxlayan, 
Bu əllərdir düşməni 
Durduran, qabaqlayan!
Vətəni qorumaqçün 
Tətikdə duran əllər, 
Yurda göz dikən olsa, 
Gözündən vuran əllər, 
Əsir yurdu yağıdan
Xilas edib, zirvədə
Bayraq qaldıran əllər!
Bu əllərdir duası, 
Alqışları hər kəsin,
Bu əllərdən öyrənir
Övlad vətən sevgisin, 
Bu əllər silah tutar
Vətənin keşiyində, 
Bu əllərdən ruhlanar, 
Gəlinlər xürrəm gəzər
Evində-eşiyində,
Bu əllərə güvənib 
Şən böyüyür balalar
Yurdunda, beşiyində, 
Yeni nəsil yetişir, 
Bu əllərə min dayaq!
Böyüyür ki, bir daha
İşğallar yaşamayaq.
Bu əllərdir bu xalqın
Əbədi güvəndiyi, 
Bu əllərdir döyüşdə
Son nəfəsini verən 
Dostunun söykəndiyi, 
Bu əllərdir düşmənə
Qan udduran göz dağı, 
Bu əllərdir qoruyan
Bu müqəddəs torpağı,
Bu əllərlə ucaldı 
Xocalı, Xankəndində
Azərbaycan bayrağı!
Bu əllərlə almışıq
Qisası yağılardan,
Bunlar qovdu düşməni
Həyətdən, qapılardan.

Bəli, adi əl deyil, 
Bunlar güvən yeridir, 
Yurdu azad edən, bil, 
Bu igid əlləridir.

Necə gözəl yaraşır, 
Necə düşdü yerinə, 
Bir qadın saç bəzəyi 
Qalib, güclü ölkəmin
Neçə döyüşdən keçən
Qəhrəman zabitinin
Zəhmətkeş əllərinə, 
Necə gözəl uzlaşır
Qalib xalqın qızına 
Alınan o hədiyyə, 
Necə gözəl uzlaşır 
Xoş xəbər müjdəçisi, 
Əyrini düzdən seçən,
Yaxşını pisdən seçən 
O qürurlu əl ilə !









AYGÜN SADİQ, ATİA.AZ


Tarix: 25-10-2023, 20:38 Oxunub: 287


Bölməyə aid digər xəbərlər