2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Qazax rayonunun Kosalar kəndində seçicilərlə görüş keçirildi. Görüşdə 350 nəfər seçici iştirak edirdi.
Görüşdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Akif Əmirov, Bəsdi Ələkbərova, Məmməd Yusifov, Sevda Həsənova, Cavanşir Rüstəmov, Qədir Əfəndiyev, İsgəndər Qurbanov çıxış etdilər. Natiqlər son 20 ildə cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətdən, ölkəmizin sürətli və davamlı inkişafından, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərindən, “Böyük Qayıdış”ın uğurla davam etdirilməsindən, ölkəmizdə sabitliyin, sakitliyin, təhlükəsizliyin təmin olunmasından, müasir, dünya standartlarına uyğun ordu quruculuğundan ətraflı danışdılar.
Natiqlər seçiciləri yüksək seçki mədəniyyəti nümayiş etdirərək 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə və Qalib Xalqın Qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatdı.
Bölməyə aid digər xəbərlər