2024-cü il yanvarın 18-də qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun Yuxarı Salahlı, Orta Salahlı və Qazaxbəyli, Aşağı Salahlı kəndlərində seçicilərlə görüş keçirilmişdir. Görüşlərdə 800 nəfərə yaxın seçici iştirak etmişdir.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Qazax rayonu yerli təşviqat qrupunun üzvlərindən Fərhad Qocamanov, Kazım Kazımov, Cavanşir Rüstəmov, Barat Alıyev, şəhid atası Müqabil Məmmədov və Elxan Abdullayev çıxış etmişlər. Çıxışlarda birmənalı olaraq qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası Zəfər seçkilərinə “Qalib xalqın Qalib Lideri” şüarı ilə gedir. Cənab İlham Əliyevin bu seçkidə yüksək səs çoxluğu ilə qələbə qazanacağı heç kəsdə şübhə doğurmur. Çünki, cənab İlham Əliyev 20 illik Prezidentliyi dövründə dövlət üçün, xalq üçün misilsiz işlər görmüş, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa edilmişdir. Ötən dövr ərzində müstəqil Azərbaycanımız bütün sahələrdə çoxsaylı uğurlar qazanmış, böyük nailiyyətlər əldə etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirmiş, hər bir azərbaycanlının prezidenti olmuşdur.
Natiqlər onu da vurğuladılar ki, bu gün bizlər - qalib xalqın övladları, qalib dövlətin vətəndaşları kimi tarixmizin ən şərəfli və qürurverici dövrünü yaşayırıq. Qalib xalqın Qalib Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmış, müstəqil Azərbaycanımız dünya miqyasında söz sahibinə çevrilmişdir.
Əminliklə deyə bilərik ki, bundan sonra da uzun illər xalqımız Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara, qələbələrə imza atacaqdır. Azərbaycan xalqı həmişə olduğu kimi, bu seçkilərdə də doğru, düzgün seçim edərək, “Qalib Lider, Qalib Ordu, Qalib Xalq” fəlsəfəsinin müəllifi, Yeni Azərbaycan Partiyasının namizədi, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə səs verəcəkdir.
Görüşlərdə seçicilərdən Mətanət Ayvazova, Samir Fərzəliyev, Feyruz Süleymanov, kənd ağsaqqallarından Çingiz Pənahov, Mirzə Nuruyev, Vətən müharibəsi əlili Famil Yusifov, şairə Asimə Ballayeva və başqaları çıxış edərək seçkilərdə fəal istirak edəcəklərini və fevral ayının 7-də seçki məntəqələrinə gedərək, haqqa-ədalətə, xoş-firavan gələcəyə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənablarına səs verəcəklərini bildirdilər.
Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval - ruhiyyədə başa çatdı.
Bölməyə aid digər xəbərlər