2024-cü il yanvarın 16-da fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun Qaymaqlı kəndində seçicilərlə görüş keçirildi. Görüşdə 250 nəfərdən artıq seçici iştirak edirdi.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov, Qazax rayon yerli təşviqat qrupunun üzvlərindən Fərhad Qocamanov, Xasay Balayev, Kazım Kazımlı, şəhid atası Müqabil Məmmədov çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın Qalib Lideri” şüarı ilə gedir. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırmışdır.Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirmişdir.
Natiqlər onu da vurğuladılar ki, bu gün bizlər qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşları kimi tarixmizin ən şərəfli və qürurverici dövrünü yaşayırıq. Qalib xalqın Qalib Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır.
Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atacaqdır. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, düzgün seçim edəcəkdir. Bu seçim isə “Qalib Lider, Qalib Ordu, Qalib Xalq” fəlsəfəsinin müəllifi, Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandanımz cənab İlham Əliyevdir.
Kənd ağsaqqallarından Mahmudalı Nəsibov, Allahyar Əhmədov, Qarabağ müharibəsi veteranı Azər Kazımov çıxış edərək bildirdilər ki, kəndimizin bütün seçiciləri seçkilərdə fəal iştirak edəcəklər və fevral ayının 7-də hamılıqla seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səs verəcəklər.
Bölməyə aid digər xəbərlər