11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazax rayonunda seçicilərlə görüş keçirilib

 2024-cü il yanvarın 15-də  fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən  namizədliyi irəli sürülmüş  İlham Heydər oğlu Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun  Ermənistanla həmsərhəd olan Kəmərli kəndində  seçicilərlə  görüş keçirildi.


Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvlərindən Firdovsi Umudov, Məmməd Yusifov, Bəsdi Ələkbərova, İsgəndər Qurbanov, şəhid atası Elxan Abdullayev, şair Kazım Kazımlı çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, zamanın bütün sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın  Qalib Lideri” şüarı  ilə inamla və qətiyyətlə gedir. Çünki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilərək xalqımıza yeni - yeni uğurlar, nailiyyətlər, möhtəşəm qələbələr bəxş edir. Çıxış edənlər Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 20 il ərzində misilsiz fəaliyyətindən ətraflı danışdılar, müasir dövrdə Azərbaycan xalqının və dövlətinin böyük tarixi nailiyyətlər əldə etməsinin Prezidentimiz cənab İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlı olduğunu vurğuladılar.  44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasının, ərazi bütövlüyümüzün və suverenliyimizin  bərpa olunmasının bunun əyani sübutu olduğunu qeyd etdilər. Davamlı möhtəşəm qələbələri şərtləndirən amillər içərisində Prezidentimiz cənab İlham Əliyevin yüksək intellekt və diplomatik məharətinin, milli maraqların qorunmasında qətiyyət və prinsipiallığının, onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurlarının və xarici siyasətdə qazandığı nailiyyətlərinin mühüm rol oynadığını  söylədilər. Natiqlər qəti əminliklə bildirdilər ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, düzgün seçim edəcəkdir. Bu seçim isə “Qalib Lider, Qalib Ordu, Qalib Xalq” fəlsəfəsinin müəllifi, Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri,  Müzəffər Ali Baş Komandanımz cənab  İlham Əliyevdir.

Kənd ağsaqqallarından Rəhim Rəhimov, Qurban Allahmanov çıxış edərək bildirdilər ki, səsvermə hüquqlu bütün sakinlərimiz seçkilərdə fəal iştirak edəcəklər və fevral ayının 7-də hamılıqla seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına səs verəcəklər.








Tarix: 16-01-2024, 16:57 Oxunub: 177


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı