13:34 / 21-10-2026
Ərazi partiya təşkilatlarında görüşlər davam edir
09:14 / 21-10-2026
Cavahir Əhmədova: "Zəngilan – Tarixi Zəfərin təntənəsi"
09:03 / 21-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə keçirilən görüşlər davam edir
11:33 / 20-10-2026
Anar Nəbiyev: "Zəngilan yenidən qurulur"
10:39 / 20-10-2026
Esmira Şıxməmmədova: Bakı Zirvəsi və Azərbaycanın artan nüfuzu
13:22 / 19-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
11:52 / 19-10-2026
Anar Nəbiyev: Füzuliyə yeni həyat qayıdıb
13:39 / 18-10-2026
"MƏN SƏNİ UDUZMADIM" - Atlaz Rzayinin yeni şeirlər kitabının təqdimatı
21:34 / 16-10-2026
Nə qədər ki,kollec direktorları himayə olunur, onlar düzgün seçilmir, müsbətə doğru nəsə dəyişə bilərmi?
17:58 / 16-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
11:28 / 16-10-2026
Anar Nəbiyev: Müharibə bizim seçimimiz olmayıb
10:17 / 16-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
08:46 / 16-10-2026
Ramil Qurbanov: Füzuli – Zəfərin və dirçəlişin ünvanı
13:33 / 15-10-2026
Anar Nəbiyev: Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik
09:50 / 15-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər davam edir
14:30 / 14-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib
13:10 / 14-10-2026
Anar Nəbiyev: İqtisadi əməkdaşlığın yolları müəyyənləşdirildi
08:24 / 14-10-2026
Polad Ağakişiyev: Dünyəvilik prinsipinə hörmət hər kəsin borcudur
14:23 / 13-10-2026
Ariz Mehtiyev: Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ
13:28 / 13-10-2026
Anar Nəbiyev: "Vahid məktəbli forması sosial bərabərlik funksiyası daşıyır"
17:26 / 12-10-2026
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib
12:04 / 12-10-2026
Anar Nəbiyev: Tarixi dostluğa söykənən əməkdaşlıq
22:49 / 11-10-2026
CƏMİYYƏTİN MƏRD və VƏTƏNPƏRVƏR OĞLU - "Arifoğlu İnşaat"ın Nicatı
08:14 / 11-10-2026
“Halva Halva deməklə” intellektual Quizi keçirildi
20:02 / 08-10-2026
"UĞURLAR SƏNƏ, XƏYAL" - Elfaq Əliyevin təqdimatında
18:27 / 08-10-2026
Biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq
09:45 / 07-10-2026
Qazaxda mübahisə qan tökməklə yekunlaşdı- Video
10:43 / 06-10-2026
Rəna Bayramova: "Mühüm siyasi hadisə"
AYB-nin Qazax bölməsinin sədri Barat Vüsalın 71 yaşı tamam olur...- TƏBRİK EDİRİK
Bu gün AYB-nin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 71 yaşı tamam olur. Təbrik edirik. Uzun ömür, can sağlığı arzulayırıq.
İlk şeirlər kitabı "Göz aydınlığı" adlanır və 1986-cı ildə "Yazıçı" nəşiriyyatında çapdan çıxıb. Daha sonra bir-birindən maraqlı kitabları işıq üzü görüb.
Barat Vüsal dövlətə və dövlətçiliyə bağlı, sayılıb seçilən, tanınmış, dəyərli, vətənpərvər şairlərdən biridir. Vətənpərvərlik ruhunda yazdığı şeirlərə görə 1998-ci ildə AYB-nin və Respublika Həmkarlar İttifaqının keçirdiyi poeziya müsaqibəsində "Xəlil Rza Ulutürk mükafatı" və 2008-ci ildə klassik ədəbi irsimizin təbliğindəki fəaliyyətinə görə "Səməd Vurğun" ədəbi mükafatlarını alıb.
Səbinə Yusif, ATİA.AZ
Bölməyə aid digər xəbərlər
Bu gün AYB-nin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 71 yaşı tamam olur. Təbrik edirik. Uzun ömür, can sağlığı arzulayırıq.Barat Alı oğlu Alıyev 1951-ci il mart ayının 18-də Qazax rayonunun Kosalar kəndində anadan olub. Orta təhsilini doğma kənd məktəbində alıb, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. Təyinatla Sabirabadda və Qazaxda müəllim işləyib. Bu dövrdəki fəaliyyəti "Baş müəllim" adıyla qiymətləndirilib.
Ədəbiyyata keçən əsrin 70-ci illərində gəlib. İmzası Qazaxda çıxan rayon qəzetində 60-cı illərin sonralarından, respublika mətbuatında isə 70-ci illərdən görünməyə başlayıb. 1982-ci ildən Gənc Yazıçıların Respublika Ədəbi Birliyinin üzvü olub. 1983-cü ildə gənc yazıçıların Şüvalanda keçirilən VIII Respublika müşavirəsində iştirak edib.
"Ürəyimdən bir çay axır" (1991), "Yolumuz eşqə bağlıdır" (1997), "Ömür bitər, yol bitməz" (2004), "Qazaxda yaşadım mən öz ömrümü" (2007), "Ruh gəmisi" (2013), "Kufə əhli" (2014), "Piyada atlı" şeir kitablarının və "Xətadı Qeyri-Esq" (2021) esselər kitabının müəllifidir.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunub. 1993-cü ildən AYB Qazax zona filialının sədridir. Bu filial Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarında yaşayıb yaradan ədəbi qüvvələri, qismən də Borçalı ədəbi mühitini özündə birləşdirir. İşlədiyi 28 il ərzində filial sədri kimi respublikamızın Qərb qapısında çox diqqətəlayiq yaradıcılıq işləri ilə məşğul olub. Dövrü mətbuatda yazıçı və şairlərimizlə, tariximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə, gənc ədəbi qüvvələrlə bağlı məqalələrlə, publisist yazılarla çıxışlar edib. Yüzlərlə yaradıcılıq hesabatları, yaradıcılıq gecələri, yubileylər, kitab təqdimatları, anım mərasimləri məhz onun rəhbərliyi, aparıcılıq məharəti ilə baş tutub.
Bölgədə yeni gənc ədəbi qüvvələrin üzə çıxarılmasında, onların kitablarının çap olunmasında, filial yazarlarının əsərlərinin öz əksini geniş tapdığı almanaxların, antologiyaların, xüsusi buraxılışların tərtib edilib işıq üzü görməsində çox gərgin əmək sərf edib, səmərəli fəaliyyət göstərib.
Onun filial sədrliyi dövründən bu yana Ulu Öndər Heydər Əliyevin sərəncamları ilə hər il Qazaxda martın 21-də şairin doğum günündə keçirilməsi ənənəvi xarakter almış "Səməd Vurğun poeziya günləri" və 1982-ci ildən keçirilməyə başlanılmış "Vaqif poeziya günləri" əvvəlki səviyyədə davam etdirilib.
Şair və filial rəhbəri kimi 2000-2001-ci illərdə Dünya Gənc Türk Yazarlar Birliyinin 2 ödülünə layiq görülüb.
2009-cu ildə müddətli Prezident təqaüdü verilib.
Ordumuzla, əsgərlərimizlə qurduğu sıx əlaqələrə görə Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi ödülü verilib, Respublika Veteranlar Şurası Onu "Əliağa Şıxlinski" medali ilə təltif edib.
Barat Vüsal oxucular arasında və ictimaiyyət içərisində böyük nüfuz sahibidir. Bunun nəticəsidir ki, 2013-cü ildə bir ziyalı və şair kimi verdiyi təklif əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Qazaxda bölgələr üzrə ilk Ədəbiyyat Muzeyi inşa olunub.
Bakıda keçirilmiş Avropa Oyunları zamanı ölkə Prezidentinə həsr etdiyi poema əsasında kontata yazılıb, Ü.Hacıbəyov adına Dövlət Filarmoniyasının simfonik orkestirinin ifasında Az.TV-də səsləndirilib. Şeirlərinə mahnılar bəstələnib.
Barat Vüsal təkcə sözə deyil, həm də saza bağlı şairdir. 2007-2008-ci illərdə İTV-də "Ozan məclisi"ni yaradanlardan və onun ilk aparıcılarından biri olub. 2017-ci ildən Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür. İTV-də uzun müddət yayımlanmış "Ovqat" və "Səhər sovqatı" televerlişlərində çıxışları Ona böyük nüfuz və şöhrət qazandırıb. Onun haqqında İTV kanalında "Bir kəndin nağılı", "Bir sözün sehri" və ATV-də "Bir sevgi tarixçəsi" televerilişləri də nümayiş etdirilib.
Barat Vüsal həm radio, həm də televiziyalardakı çıxışları, dövri mətbuatda çap etdirdiyi 200-ə yaxın ədəbi, elmi, tarixi, fəlsəfi və publisistik yazıları, məqalələri, esseləri, araşdırmaları ilə də oxucuların, tamaşaçıların, dinləyicilərin rəğbətini
qazanıb.
Ədəbi yaradıcılığına dair Salatın Əhmədlinin "Ömrünü Qazaxda yaşayan şair" və Firuzə Abdullayevanın "Barat Vüsalın poeziyası" adlı monoqrafiyaları çap olunub.
İki cildlik "Seçilmiş Əsərləri" oxucuların ixtiyarına verilib.
Şeirləri Türkiyədə və İranda çap olunur. Tehranda "Söz yaşıllığı” adlı şeir kitabı 2018-ci ildə nəşr edilib.
Barat Vüsal gözəl ssenarist kimi də, aparıcı kimi də rayonda, bölgədə, respublikada keçirilən müxtəlif yubileylərdə, xatirə gecələrində, digər ədəbi-mədəni tədbirlərdə öz əməyini əsirgəməyib.
50 və 60 illik yubileyləri Qazaxda və Bakıda təntənəli şəkildə keçirilib. Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla Barat Vüsala 60 illik yubileyində Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi" fəxri adı verilib.
Barat Vüsal yaradıcılığı Azərbaycanın bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri - Anar, İ.Muğanna, N.Həsənzadə, H.Arif, X.R.Ulutürk, V.Səmədoğlu, M.Dilbazi, S.Tahir kimi Xalq şairləri, N.Cəfərov, N.Şəmsizadə, V.Yusifli, R.Kamal kimi alim və tənqidçi ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.
Səbinə Yusif, ATİA.AZ
Tarix: 18-03-2022, 14:52 Oxunub: 2 534
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
1-01-2021, 08:33
İSTEDADLI ALİM, YORULMAZ TƏDQİQATÇI
24-02-2022, 18:53
"Nə yaxşılar, nə də yaxşı əməllər ölər..." - SƏBİNƏ YUSİF
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
16-01-2022, 18:58
İki yüzdən çox müəllim və valideyndən Məleykə Abbaszadəyə ETİRAZ: "Verilən qərar düzgün deyil"
21-03-2021, 08:04
Asif Cahangirovun elmi uğuru və ya pedaqoji elmə və təcrübəyə dəyərli töhfə - Fərrux Rüstəmov
2-07-2021, 13:31
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
30-10-2021, 07:33
"UŞAQLIQDAN ƏN BÖYÜK ARZUM BÖYÜK SALONLARDA ÇIXIŞ ETMƏK OLUB, İNDİ İSƏ XEYRİYYƏÇİLİK ETMƏK İSTƏRƏM" - NATƏVAN DƏMİRÇİOĞLU
21-03-2021, 09:03
Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!
31-10-2021, 22:33
Natəvan Dəmirçioğlu: Tale ədəbiyyatımızı böyük əsərdən qısır qoymasın…
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
22-07-2020, 19:39
“Sehirli qutu”nun cazibəsi davam edir: Ümidlə yeni mövsümə doğru…
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
29-04-2021, 22:33
DOĞUM GÜNÜNÜN BİR ADDIMLIĞINDA ÖLƏN YAZIÇI - Azər Abdulla
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
13-02-2022, 14:51
Sevgilisinə görə universiteti atdı, qızı ona görə özünü öldürdü - Əliağa Kürçaylı haqqında İNANILMAZ FAKTLAR
26-12-2021, 10:24
" Rayət Əlinin yazmış olduğu "FİZİKİ TƏRBİYƏ" marşı Ümumtəhsil məktəblərində şagirdlər üçün hazırlanmış vəsaitlərə daxil edilə bilər" - prof. Firat Hüseynov
















