11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi


2024-cü il yanvarın 26-da qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun Alpout, Abbasbəyli və Fərəhli kəndlərində seçicilərlə görüş keçirilmişdir. Görüşlərdə  350 nəfərdən artıq seçici iştirak etmişdir.

Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, yerli təşviqat qrupunun üzvlərindən Fərhad Qocamanov, Cavanşir Rüstəmov, Barat Alıyev, Sevda Həsənova, Pəri İbrahimova, İsgəndər Qurbanov, Qədir Əfəndiyev və Elxan Abdullayev çıxış etdilər. Çıxışlarda birmənalı olaraq qeyd olundu ki, Yeni Azərbaycan Partiyası bu Zəfər seçkilərinə “Qalib xalqın Qalib Lideri” şüarı ilə gedir. Əlbəttə ki, cənab İlham Əliyevin bu seçkidə yüksək səs çoxluğu ilə qələbə qazanacağı heç kəsdə şübhə doğurmur. Çünki, İlham Əliyev cənabları 20 illik Prezidentliyi dövründə dövlət üçün, xalq üçün misilsiz işlər görmüş, ölkəmizin ərazi bütövlüyü təmin edilmiş, suverenliyi bərpa olunmuş, ötən dövr ərzində müstəqil Azərbaycanımız bütün sahələrdə çoxsaylı uğurlar qazanmış, böyük nailiyyətlər əldə etmişdir.

Əminliklə deyə bilərik ki, bundan sonra da uzun illər xalqımız Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara, qələbələrə imza atacaqdır. Azərbaycan xalqı həmişə olduğu kimi, bu seçkilərdə də doğru, düzgün seçim edərək, “Qalib Lider, Qalib Ordu, Qalib Xalq” fəlsəfəsinin müəllifi, Yeni Azərbaycan Partiyasının namizədi, Möhtərəm Prezidentimiz cənab İlham  Əliyevə səs verəcəkdir.

Sonda natiqlər bütün seçiciləri seçki məntəqələrinə gəlməyə və Yeni Azərbaycan Partiyasının namizədi, dünya şöhrətli siyasətçi, hər bir azərbaycanlının prezidenti olan cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatdı.


Tarix: 27-01-2024, 16:51 Oxunub: 109


Bölməyə aid digər xəbərlər