11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qazax rayonunda seçicilərlə növbəti kigörüş keçirilib

    21 yanvar 2024-cü il tarixdə qarşıdan gələn Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax Olimpiya İdman Kompleksinin idman zalında saat 11:00-da mədəniyyət sahəsində çalışan seçicilərlə və saat 15:00-da təhsil sahəsində çalışan seçicilərlə görüş keçirildi. 

Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Qazax rayon yerli təşviqat qrupunun üzvlərindən Bəsdi Ələkbərova, İsgəndər Qurbanov, Gülnaz Alişanova, Fərhad Qocamanov, Cavanşir Rüstəmov, Xatın Hüseynxanova, Məmməd Yusifov, Barat Alıyev, şəhid atası Müqabil Məmmədov çıxış etdilər. Natiqlər qarşıda xalqımız üçün çox mühüm, taleyüklü bir kampaniya, 07 fevral 2024-cü il tarixli növbədənkənar Prezident seçkiləri keçiriləcəyini bildirdilər və hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşının bu səsvermədə fəal iştirakının vacibliyini qeyd etdilər.


Çıxış edənlər  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə ölkəmizin bütün sahələrdə əldə etdiyi saysız-hesabsız uğurlardan, nailiyyətlərdən, qazanılan möhtəşəm qələbələrdən, zəfərlərdən ətraflı danışdılar. Əmin olduqlarını bildirdilər ki, Qazax rayonunun seçiciləri 07 fevral 2024-cü il tarixdə hamılılqla seçki məntəqələrinə gələrək seçkilərdə yüksək fəallıq göstərəcək və Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya azərbaycanlılarının sevimli lideri Yeni Azərbaycan Partiyasının  namizədi cənab İlham Əliyevə   səs verəcəklər.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval - ruhiyyədə başa çatdı.  




Tarix: 22-01-2024, 17:14 Oxunub: 92


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı