2024-cü il yanvarın 19-da 07 fevral 2024-cü il tarixə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçıları, Aşağı Əskipara və Yuxarı Əskipara kəndlərinin seçiciləri ilə görüş keçirilmişdir. Görüşlərdə 300 nəfərdən atrıq seçici iştirak etmişdir.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Qazax rayonu yerli təşviqat qrupunun üzvlərindən Bəsdi Ələkbərova, Xatın Hüseynxanova, İsgəndər Qurbanov, Barat Alıyev, Məmməd Yusifov, Cavanşir Rüstəmov, Xasay Balayev, şəhid atası Elxan Abdullayev və Vaqif Nəsibov, Qarabağ müharibəsi əlili, kapitan Samir Çobanov çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, Ümummilli Liderimiz Heydər Əliyevin xalqımıza ən böyük mirası olan müstəqil Azərbaycan dövləti Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edir, güclənir, qüdrətlənir. Artıq dünya ölkələri Azərbaycanın hansı gücə malik olduğunu görür və yüksək dəyərləndirir. Ölkəmizin iqtisadi uğurları günbəgün artır, ictimai-siyasi sabitlik etibarlı şəkildə qorunur, insanların sosial rifah halı daha da yaxşılaşdırılır. Müstəqil, suveren Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik sülhsevər bir ölkə kimi tanınır, etibarlı tərəfdaş kimi qəbul olunur.
Natiqlər əmin olduqlarını bildirdilər ki, böyük seçki təcrübəsinə, zəngin seçki mədəniyyətinə malik olan Qazax rayonunun seçiciləri də qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcək və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirlər Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatdı.
Bölməyə aid digər xəbərlər