11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

    2024-cü il yanvarın 24-də qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun Quşçu Ayrım, Məzəm və Ürkməzli, Dəmirçilər kəndlərində seçicilərlə görüş keçirildi. Görüşlərdə  500 nəfərdən artıq seçici iştirak etdi.

Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 

Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax rayonu yerli təşviqat qrupunun üzvlərindən Bəsdi Ələkbərova, Cavanşir Rüstəmov, Vaqif Nəsibov, Qədir Əfəndiyev çıxış etdilər. Çıxışlarda birmənalı olaraq qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyası Zəfər seçkilərinə “Qalib xalqın Qalib Lideri” şüarı   ilə gedir. Cənab İlham Əliyevin bu seçkidə yüksək səs çoxluğu ilə qələbə qazanacağı heç kəsdə şübhə doğurmur. Natiqlər onu da vurğuladılar ki, Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə ictimaiyyətinin dövlət başçımıza olan yüksək rəğbətinin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan hər bir sahədə böyük inkişaf yolu keçib. Bütün sahələrdə görülən işlər, qazanılan uğurlar, əldə olunan nailiyyətlər, qələbələr onu göstərir ki, Azərbaycan haqq yolu ilə irəliləyir və müdrik xalqımız seçimində heç vaxt yanılmayıb. 

Çıxışlarda natiqlər bütün səsvermə hüquqlu vətəndaşları seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatdı.





Tarix: 25-01-2024, 16:27 Oxunub: 90


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı