Kennedi mübarizəni dayandırdı - Trampı dəstəkləyəcək

ABŞ-da prezidentliyə müstəqil namizəd Robert Kennedi mübarizədən çəkilib və Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəklədiyini açıqlayıb.
 
Məşhur ailənin üzvü olan R.Kennedi 2024-cü il seçkilərində 2 partiyanın mübarizəsi sistemini qırmağa çalışsa da seçki yarışında iştirak üçün lazımi dəstəyi qazana bilməyib. Onun seçkilərdə kimi dəstəkləməsi Pensilvaniyada məhkəmə müraciətində məlum olub. Arizonadakı çıxışından öncə məhkəməyə müraciət edən siyasətçi Donald Trampı dəstəklədiyini bəyan edib. O, seçkilərdən çəkildiyini açıqlayıb. Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur.


Tarix: 24-08-2024, 10:56 Oxunub: 327


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31