Trampın Maska müsahibəsi bu gecə olacaq

ABŞ prezidentliyinə namizəd Donald Tramp "SpaceX"in rəhbəri İlon Maska müsahibə verəcəyini bildirmişdi. İlon Mask və Donald Tramp arasında müsahibə bu gecə saat 3:00-da X-də başlayacaq. Bu barədə sosial şəbəkə hesabında məlumat verib.
 
İyulun 13-də Donald Trampa sui-qəsd cəhdindən sonra İlon Mask Trampı “tam” dəstəklədiyini və onun tezliklə sağalacağına ümid etdiyini bildirib. Biznesmen həmçinin qeyd edib ki, “sonuncu dəfə belə güclü namizəd Teodor Ruzvelt olub, Trampı seçki kampaniyası zamanı yaralanmış ABŞ-ın 26-cı prezidenti ilə müqayisə edib.
 
Mənbələr "The Wall Street Journal"a bildiriblər ki, Mask Trampın seçki kampaniyasını dəstəkləyən fonda ayda 45 milyon dollar köçürməyi planlaşdırır.

Qeyd edək ki, Tramp prezidentliyə Respublikaçıların namizədidir.


Tarix: 12-08-2024, 18:15 Oxunub: 400


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930