Ukrayna kəşfiyyatı üç uğursuz sui-qəsd cəhdindən sonra Rusiya Prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla 3 nəfərn öldürülməsinə şəxsən göstəriş verdiyini açıqlayıb.
Ukraynanın iddiasına görə, sui-qəsdi həyata keçirəcək “Vaqner” qrupu ölkəyə daxil olub. Zelenski Ukrayna müharibəsinin ilk günündən bəri Rusiya prezidenti Vladimir Putinin bir nömrəli hədəfi olub.
Deyilənə görə, Putin onu devirməklə, ya da öldürməklə başqa şəxsi onun yerinə gətirmək istəyir. Ukrayna lideri Zelenski də bu iddiaları təsdiqləyərək, “Mən düşmənin bir nömrəli hədəfiyəm, ailəm isə ikinci hədəfdir”, deyib. Müharibənin ilk həftəsində Zelenskinin 3 müxtəlif sui-qəsd cəhdindən sağ çıxması dünya mediasında geniş işıqlandırılmışdı. İngiltərənin Teleqraf qəzetinin son iddiasına görə, Rusiya sui-qəsd planından əl çəkməyib. Ukrayna kəşfiyyatı Vaqner qrupunun sui-qəsdçilərinin Volodimir Zelenski və onun rəhbərlik komandasını öldürmək əmri ilə Ukraynaya daxil olduğunu açıqlayıb.
Təxminən 6000 üzvü olan qrup “Putinin şəxsi ordusu” kimi tanınır və daha əvvəl Suriya, Sudan və Liviyadakı münaqişələrdə iştirak edib. Qrupun Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan məşhur rusiyalı milyarder Yevgeni Prijoqin tərəfindən maliyyələşdirildiyi iddia edilir. Amerika rəsmiləri “Vaqner”in son bir neçə gün ərzində Luqansk və Donetsk vilayətlərində döyüşlərdə iştirak etdiyini bildirib.
Bölməyə aid digər xəbərlər