11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yüksələn xəttlə inkişaf edən münasibətlər - Rəna Bayramova

Bu gün müstəqil Azərbaycanımızın xarici siyasət kursunun önəmli istiqamətlərindən biri də türk dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının və türk dövlətləri başçılarının mütəmadi olaraq qarşılıqlı səfərləri, yüksələn xəttlə inkişaf edən strateji əməkdaşlıq münasibətlərinin qurulması bunlara əyani sübutdur. 
24 aprel 2024-cü il tarixdə Qırğızıstan Respublikasının Prezidenti  Sadır Japarovun ölkəmizə rəsmi səfəri də ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da güclənməsi və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Azərbaycan həmişə Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır, məqsədyönlü tədbirlər həyata keçirir.  Bu baxımdan digər türk dövlətləri kimi Azərbaycan və Qırğızıstan arasında da yüksək səviyyəli qarşılıqlı anlaşma mühiti mövcuddur. Ölkəmiz Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Təbii ki, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə öz böyük töhfəsini verəcəkdir. Qırğızıstan və Azərbaycan həmişə bütün beynəlxalq təşkilatlarda da bir-birinin mövqeyini dəstəkləyirlər.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirildikdən sonra hər iki ölkənin prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər. Bu səfər çərçivəsində 18 mühüm sənəd imzalandı və ikitərəfli sənədlərin imzalanmasının önəmli olduğunu bildirən ölkəmizin başçısı bu sənədlərin gələcək münasibətlərdə çox mühüm rol oynayacağını qeyd etdi. Çıxışı zamanı iki ölkə arasındakı investisiya mühitinin günbəgün yaxşılaşdığını da bildirən ölkə başçısı Azərbaycan - Qırğız İnkişaf Fondunun Nizamnamə fondunun 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artdığını qeyd etdi. Səfər çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində çıxışı zamanı cənab Prezident İlham Əliyev  xatırlatdı ki, Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Çingiz Aytmatov münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır. Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Dövlət başçısı Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdam rayonunda tikilməkdə olan  orta məktəbə görə minnətdarığını bildirdi və bu dəstəyin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Səfər çərçivəsində imzalanmış bir çox mühüm, eləcə də strateji tərəfdaşlıq sənədi bir daha sübut edir ki, dərin köklərə, eyni etnik, dini və mədəni dəyərlərə malik ölkələrimiz arasındakı münasibətlər tezliklə ən yüksək səviyyəyə çatacaqdır.  

Rəna Bayramova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri


Tarix: 30-04-2024, 17:27 Oxunub: 268


Bölməyə aid digər xəbərlər