11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Yüksələn xətlə inkişaf edən əlaqələr - Asəf Salmanov

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan daim öz qonşuları ilə sülh əmin - amanlıq, dinc qonşuluq şəraitində yaşamaq siyasətinə üstünlük verir. Odur ki, Avropa ilə Asiyanın qovşağında çox əlverişli coğrafi mövqedə yerləşən ölkəmiz bu gün dünyada sülhsevər, tolerant, multukultural bir ölkə kimi tanınır. Azərbaycan həm də güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik bir ölkədir. Ölkəmiz həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bölgədə hər hansı bir mühüm layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının çox uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşularla yüksək səviyyəli münasibətlər qurmuşdur. Bu dövlətlər içərisində qonşu Rusya Federasiyası ilə qurulan iqtisadi - siyasi münasibətlər mühüm əhəmiyyət kəsb edir. Bu münasibətlər bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb. Ümummilli Lider Heydər Əliyevin məhz, Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir.

Aprelin 22-də Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri bir daha ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Bu gün Azərbaycan ilə Rusiya arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında uğurla inkişaf edir. Bəli, Rusya ilə Azərbaycan arasındakı münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmamışdır. Bu münasibətlər artıq starteji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Azərbaycanın möhtəşəm qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsində imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanılmasında da Rusya mühüm rol oynamışdır.

Səfər çərçivəsində   Azərbaycan və Rusiya prezidentləri həm də Baykal - Amur Magistralının 50 illik ybileyi tədbirində iştirak etdilər. Tədbirdə bu nəhəng layihənin tikintisində  və ərsəyə gəlməsində Ulu Öndər Heydər Əliyevin mühüm xidmətləri xüsusi qeyd olundu. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə göstərdiyi hörmət və ehtirama görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə öz minnətdarlığını bildirərək,  vurğuladı ki: “Heydər Əlirza oğlunun anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə və rusiyalı dostlarımıza minnətdarlığımı bildirmək istərdim. Ötən il Azərbaycanda və Rusiyada onun yubileyi xüsusi ehtiramla qeyd edildi. Bu, bizim ümumi tariximizdir, biz bunu çox yüksək qiymətləndiririk. Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq.”

Azərbaycan - Rusiya münasibətlərinin bu günkü təhlili göstərir ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr yüksələn xəttlə inkişaf edir və bu səfər də iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək. 

Asəf Salmanov
YAP Qazax rayon təşkilatının fəalı


Tarix: 26-04-2024, 09:24 Oxunub: 205


Bölməyə aid digər xəbərlər