11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Anar Nəbiyev: Dostluğun, qardaşlığın, birliyin növbəti təzahürü

Türkdilli Dövlətlərin birliyindən, siyasi, ictimai həmrəyliyindən, iqtisadi və ticari əlaqələrindən danışanda ilk növbədə  2021-ci il noyabrın  12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xatırlamalı oluruq.Azərbaycan Türk Şurasına sədrliyi qardaş Türkiyəyə təhvil verərkən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdi.Türk dünyasının ağsaqqalı bildirdi ki, Qarabağda təxminən 30 il davam edən işğala Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində 44 gün ərzində son qoyuldu.Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşıyır.İllərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirən Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etdi.Ərazi bütövlüyünü yenidən təmin edən Azərbaycan Türk dünyasının birliyini, bərabərliyini   genişləndirdi.Qarabağın azdlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi oldu.Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlar azad edilməklə yanaşı, bölgədə həsrətini çəkdiyimiz sülhə, sabitliyə və əminamanlığa gedən yolun önü açıldı. 
         Hazırda eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə məxsus olan Türkdilli Dövlətlərin əlaqələri yüksələn xətlə inkişaf edir.Əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Qırğızıstan tərəfdaşlığı da bir çox sahələri əhatə edir.Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qardaş Qırğızıstan Respublikasına dövlət səfəri yaddaqalan oldu.Burada Qalib ölkənin, Qalib Prezidentini xüsusi hörmətlə və məhəbbətlə qarşıladılar.
Oktyabr ayının 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arsında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra sənədlərin imzalanması prosesi həyata keçirildi.  “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ı, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”u,  “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandum"u, "Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"u və digər səndələrin imzalanması möhkəm təmələ əsaslanan Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da inkişafına xidmət edəcəkdir.
Azərbaycan və Qırğızıstan prezidentlərinin istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, eləcə də mətbuata bəyanatlarla çıxışlarında iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 30 il ərzində əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi bildirildi. Dövlət başçılarının çıxışlarında, eyni za­manda, bu fəaliyyətin gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olundu. Nəzərdə tutulan  işlər nəticəsində həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni müsbət nəticələrin gerçəkləşəcəyi diqqətə çatdırıldı.Şübhəsiz ki, bütün bunlar qarşılıqlı iqtisadi fəaliyyəti, nəqliyyat əlaqələrini, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılma­sını və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizliyi şərtləndirəcəkdir.
Qeyd etmək lazımdır ki, hazırda Qırğız Respublikasının iqtisadiyyatı sürətlə inkişaf edir, liberal­laşdırılma diqqət mərkəzində saxlanılır. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar digər ölkələrlə investi­siya əməkdaşlığı fəallaşır.Şübhəsiz ki, bu prosesə Azərbaycanda da hər zaman həssaslıqla yanaşılır, xarici investi­siya qoyuluşuna xüsusi önəm verilir, azad iqtisadi zonaların fəaliyyət dairəsi genişləndirilir, güzəştli vergi və gömrük rejimləri müasir standartlara uyğunlaş­dırılır. Bütün bunlarla bərabər, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başla­ma, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilir.
Prezidentimizin qardaş Qırğızıstana səfərinin yekunlarına əsasən əldə edilən razılaşmaların, imzalanan sənədlərdə nəzərdə tutulan məsələlərin reallaşması üçün konkret proqramın müəyyənləşdiriləcəyi və bunun üçün   ya­xın vaxtlarda hökumətlərarası komissi­yanın iclasının keçiriləcəyi qərara alındı.
Əminik ki, XXI əsrdə Türk dünyasının birliyi, bərabərliyi, dostluğu, qardaşlığı daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.Müstəqil Azərbaycanımız da daim bu birliyə, dostluğa, qardaşlığa öz töhfəsini verəcəkdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri


Tarix: 18-10-2022, 13:23 Oxunub: 350


Bölməyə aid digər xəbərlər