ATİA.AZ saytı izləyicilərinə bolgələrimizdə yaşayan yaradıcı insanlardan olan, şairə, "Fəxrimiz" Milli Mükafatlandırma layihəsinin qalibi Aslanova Adilə Nəcməddin qızı haqqında qısaca məlumatı çatdırır.
Aslanova Adilə Nəcməddin qızı Zaqatala rayonunun Lahıc kəndində anadan olub. BDU- nun filologiya fakültəsini bitirib. 1980 - illərdən dövrü mətbuatda çap olunur. 2 kitabı Azərbaycanda, 1 kitabı İranda- Təbriz şəhərində nəşr olunub.
Yaxın günlərdə keçirilən " Fəxrimiz" Milli Mükafatlandırma layihəsinin qaliblərindən biri olub. Dördüncü kitab üzərində işləyir.
Uğurlar arzulayaraq Adilə xanımın sənət bağçasından bir yarpaq təqdim edirik:
Sabah bazar günümdü
Səndən sonra nə varsa
Doğradım muncuq- muncuq.
Bir gözüm payız oldu,
Bir əlim də qabarcıq.
Bağladım pəncərəmi
Gecənin pərdəsiylə.
Edam etdim ruhumu
Bir bayquş nəğməsiylə.
Qırpmadım heç gözümü,
Gözüm gözümdən düşdü.
Sevirdim əllərimi,
O da üzümdən düşdü.
Yaxında qonşu qadın
Ərini qarğıyırdı.
Tənha qalan bir qərib
Dul gəlin ağlıyırdı.
Küçədə " xoşbəxt" itlər
Kimə gəldi hürürdü.
Kif atmış boz ümidlər,
Küçələrdə ölürdü.
Gecə daha nə gördüm,
Gözlərimə zülümdü.
Çəkirəm pərdələri,
Sabah bazar günümdü...
AYGÜN SADİQ,
ATİA.AZ
Bölməyə aid digər xəbərlər