16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Mələk İsmayıl - "AY İLHAM BABA"

 Dövlətimizə, dövlətçiliyimizə bağlı olan, 7 kitab müəllifi,  "Qızıl qələm",  "Xəlil Rza Ulutürk", "İlin şairi",   "Heydər Əliyev"  media mükafatlarının sahibi,  "Aşıq Pəri", "Mirvarid Dilbazi" ədəbi məclislərinin üzvü Mələk İsmayılın  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə həsr etdiyi   şerini oxucularımıza təqdim edirik:


AY İLHAM BABA.


Torpaqları almısan,

Zəfər himni çalmısan.

Göylərə ucalmısan,

Belə deyir el-oba,

Yaşa, ay İlham baba!


Zirvəyə gedən yolsan,

Maşallah, nər oğulsan.

Qeyrətli, ər oğulsan,

Belə deyir el-oba,

Yaşa, ay İlham baba!


İzin qaldı əbədi,

Sözün qaldı əbədi.

Ürəklərin məbədi,

Belə deyir el-oba,

Yaşa, ay İlham baba!


Alacağam, əhd etdin,

İrəliyə cəhd etdin.

Könülləri fəth etdin,

Belə deyir el-oba,

Yaşa, ay İlham baba!


Adın yayıldı elə,

Oğul yoxdur heç belə.

Gəzirsən dildən-dilə,

Belə deyir el-oba,

Yaşa, ay İlham baba!


Ulu Öndər oğlusan,

Hünər baba oğlusan.

Yolu düzgün, doğrusan,

Belə deyir el-oba,

Yaşa, ay İlham baba!


Xanımınla əl-ələ,

Tarix yazıldı belə.

Fəxr etdik sizin ilə,

Belə deyir el-oba,

Yaşa, ay İlham baba!


Səsin yayılır gedir

Hamını heyran edir.

Xalqın arzuya yetir,

Belə deyir el- oba,

Yaşa,ay İlham baba!


Arxamızdır Ərdoğan,

Güclənirik anbaan.

Qiymət verəcək zaman,

Belə deyir el-oba,

Yaşa, ay İlham baba!







Mələk İsmayıl


Tarix: 24-12-2025, 07:38 Oxunub: 639


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031