AYB-nin Gəncə bölməsində Mələk İsmayılın yaradıcılığına həsr olunmuş tədbir keçirilidi

  13.11.2025-ci ildə  AYB-nin Gəncə bölməsində Gəncə Yazarlar Birliyinin rəhbəri Xəzəngül xanımın təşkilatçılığı ilə istedadlı şair Mələk İsmayılın doğum gününə və yaradıcılığına həsr olunmuş tədbir keçirilidi.

      HAŞİYƏ:   Mələk İsmayıl (Murquzova Mələksə Nurəli qızı) Qazax rayonunun Çaylı kəndində anadan olub.  1980-ci ildə Çaylı kənd orta məktəbini bitirib indiki Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin fizika fakultəsinə daxil olaraq, 1984-cü ildə həmin universiteti bitirib.  Daşkədən rayonunun Mollahəsənli kəndində əmək fəaliyyətinə başlayıb, 1999-cu ildə Hacıməlik 1 saylı və 2 saylı orta məktəblərində əmək fəaliyyətinə başlayıb.  

2002-ci ildə  R. Məmmədov adına St Qızılca kənd orta məktəbində fizika müəllimi kimi fəaliyyət göstərib. 2007-ci ilə direktor müavini təyin olunub. 

2011-ci ildən  Göygöl şəhəri 3 saylı tam orta məktəbdə tədris işləri üzrə direktor müavini işləyir.  

2000-ci ildən şeir yazımağa başlayan şairəmiz  6 kitab müəllifidir.  "TÜRKOĞUZ LƏHCƏLİ YURDUM QAZAĞIM",  "HARA GEDİR BU DÜNYA", "QARABAĞ DEYƏNDƏ, TORPAQ DEYƏNDƏ",  "HƏYAT NİYƏ BELƏSƏN",  "ÖMRÜN 60 BAHARI",  "YAŞA-YAŞA   AZƏRBAYCAN" adlı kitabların müəllifi olan İstedadlı şairəmizin yeddinci kitabı  yaxınlarda işıq üzü görəcək.  

    Tədbirdə Gəncəbasarda yaşayan şairlər, yazıçılar, Mələk xanımın məktəb kollektivi, əzizləri, Mirvarid Dilbazi məclisinin rəhbəri  Güllü Eldar Tomarlı iştirak etdi.  Çox maraqlı keçən tədbirdə Mələk İsmayıl yaradıcılığına yüksək qiymət verildi. Yazıçılar birliyinin rəhbəri  Xəzəngül xanım Məıək İsmayıl  haqqında  məlumat verərək,  onun yaradıcılığına yüksək qiymət verdi. Tədbirdə çıxış edənlədən  şairə Aləmzər xanım, Ümbülbanu xanım,  Fazil Sənan, İqbal İsmayılov, Zahir Şirani, Səadət xanım. Zülfiyyə xanım  Mələk İsmayılın sənət aləmi haqqında dəyərli   fikirlər söylədilər. Tədbir boyu Mələk xanımın şeirləri səsləndirildi və iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

    Tədbirin sonunda İstedadlı  şairəmiz Mələk  İsmayıla xanıma söz verildi. Onun çıxışı iştirakçıların gur alqışlarının müşaiyyəti ilə dinlənildi. Mələk İsmayıl tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.


Tarix: 14-11-2025, 00:10 Oxunub: 714


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930