11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
ŞƏHİD QƏSƏBOV İSMAYILIN CƏNNƏTDƏ İLK DOĞUM GÜNÜDÜR. (1991-2020)


    İsmayıl Qəsəbov bu il cənnətdə ilk doğum gününü qeyd edir. Onu tanıyanlar, doğmalar, dostlar, Ata-anası, qardaşı, Hərbiçi yoldaşları İsmayılsız İsmayıla doğum günü keçirirlər. İki az yaşlı körpəsi atasına doğum günü keçirir.  Uca boy, enlikürək birisini gördükdə "Atam gəldi" deyə sevinirlər. Üzünü gördükdə ataları olmayınca məyus olub, körpə qəlbləri ilə dərindən köks ötürürlər. Ürəklərinin başından asdıqları şəkilə baxıb bir-birinə göstərərək "bax atadır" deyə sevinirlər. Qəbri üstə gedib qəbir daşının üzərində əyləşib, "Ata biz sənin qucağında oturduq"- deyirlər. 
      İsmayılın ən böyük arzusu Şuşanı görmək, ayağının Şuşa torpağına dəyməsi idi.   İsmayıl həm Şuşanı gördü, ayağı Şuşa torpağına dəydi, üzünü Şüşa torpağına söykəyərək can verdi, uğurunda həm də qan tökdü Şəhid oldu. İsmayıl Şuşa fatehidir.  Şuşa sevdalısı idi. 
Şəhid gördüm, ölüm ona yaraşmayan,
Şəhid gördüm, tabutuna sığışmayan,
Şəhid gördüm torpaqlara qarışmayan...(Aidə Şirinova)
İsmayıla ölüm yaraşmadı, tabutuna sığışmadı,  torpaqlara qarışmadı. Ruhu daim övladları ilə, doğmaları ilə olacaq İsmayılın. Hər yerdə hər zaman bizə baxacaq. Övladlaının sevincinə sevinəcək, ayaqları büdrəsə ürəyi parçalanacaq. 
Qəsəbov İsmayıl Nəbi oğlu 6 iyul 1991-ci ildə Qazax rayon Çaylı kəndində anadan olub.   1998-ci ilə Çaylı kənd şəhid Elşən Cəfərov adına tam orta məktəbin 1-ci sinifinə gedib, 2009-cu ildə məktəbi bitirib və həmin il hərbi xidmətə gedib. İsmayıl uşaq yaşlarından idmanla məşğul olub. Goranboyda və Murovda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra 2013-cü ildən müddətdən artıq hərbi xidmətə qayıdıb.  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında baş çavuş olaraq xidmətini yerinə yetirib. İsmayıl Qəsəbov 44 günlük Vətən müharibəsinin 42 gününü   ağır döyüşlərdə Xüsusi Təyinatlı Dəstədə döyüşüb. O, əsl döyüşçü idi.    Murov, Kəlbəcər, Cəbrayıl, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə döyüş yoldaşları ilə birgə qəhrəmacasına döyüşərək düşmən səngərlərinə basqın edib, düşmənin bir çox səngərini, postunu, hərbi texnikasını, çox sayda tankını qənimət olaraq ələ keçirib.  

   Şuşa şəhərini düşməndən azad etmək üçün tapşırıq alan əsgərlərlə birgə İsmayıl Qəsəbov Şuşa yüksəklində düşmən səngərlərinin ələ keçirilməsində yaxından iştirak edib. Noyabrın 7-də Şuşa dağlarında döyüş yoldaşı Rasim Yaxin, Vüqar Əkbərov və İsmayıl Qəsəbov birgə döyüş tapşırığını yerinə yetirmək üçün əmr alırlar. Bu zaman tanklardan və minamyotdan atılan atəş nəticəsində 7 noyabr  2020-ci ildə İsmayıl Nəbi oğlu Qəsəbov qəhrəmancasına Şəhid olub. Qazax rayon Çaylı kənd Şəhidlər xiyabanında dəfn olunub. Evli idi. İki azyaşlı oğlu var.  
     Qazax rayonunun Çaylı kəndində yaşadığı evin yanında olan bulaq təmir edilərək   "İsmayıl bulağı" adı verilib. 
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  Şəhid İsmayıl Qəsəbov ölümündən sonra "Vətən uğrunda","Şuşa uğrunda"   medalı ilə təltif olunub. 
                                                                
 









 İlhamə Cəlalqızı (Qəsəbova)
      Prezident təqaüdçüsü


Tarix: 6-07-2021, 19:00 Oxunub: 917


Bölməyə aid digər xəbərlər
14-03-2021, 21:21 Azərbaycanda qadın olmaq...