QƏSƏBOV İSMAYIL NƏBİ OĞLU
(1991-2020)
Qəsəbov İsmayıl Nəbi oğlu 6 iyul 1991-ci ildə Qazax rayon Çaylı kəndində anadan olub. 1998-ci ilə Çaylı kənd şəhid Elşən Cəfərov adına tam orta məktəbin 1-ci sinifinə gedib, 2009-cu ildə məktəbi bitirib və həmin il hərbi xidmətə gedib. İsmayıl uşaq yaşlarından idmanla məşğul olub. Goranboyda və Murovda xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra 2013-cü ildən müddətdən artıq hərbi xidmətə qayıdıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında baş çavuş olaraq xidmətini yerinə yetirib. İsmayıl Qəsəbov 44 günlük Vətən müharibəsinin 42 gününü ağır döyüşlərdə Xüsusi Təyinatlı Dəstədə döyüşüb. O, əsl döyüşçü idi. Murov, Kəlbəcər, Cəbrayıl, Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə döyüş yoldaşları ilə birgə qəhrəmacasına döyüşərək düşmən səngərlərinə basqın edib, düşmənin bir çox səngərini, postunu, hərbi texnikasını, çox sayda tankını qənimət olaraq ələ keçirib.
Şuşa şəhərini düşməndən azad etmək üçün tapşırıq alan əsgərlərlə birgə İsmayıl Qəsəbov Şuşa yüksəklində düşmən səngərlərinin ələ keçirilməsində yaxından iştirak edib. Noyabrın 7-də Şuşa dağlarında döyüş yoldaşı Rasim Yaxin, Vüqar Əkbərov və İsmayıl Qəsəbov birgə döyüş tapşırığını yerinə yetirmək üçün əmr alırlar. Bu zaman tanklardan və minamyotdan atılan atəş nəticəsində 7 noyabr 2020-ci ildə İsmayıl Nəbi oğlu Qəsəbov qəhrəmancasına Şəhid olub. Qazax rayon Çaylı kənd Şəhidlər xiyabanında dəfn olunub. Evli idi. İki azyaşlı oğlu var.
Qazax rayonunun Çaylı kəndində yaşadığı evin yanında olan bulaq təmir edilib və bulağa "İSMAYIL BULAĞI" adı verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şəhid İsmayıl Qəsəbov ölümündən sonra "Vətən uğrunda","Şuşa uğrunda" medalları ilə təltif olunub.
ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN.....
Bölməyə aid digər xəbərlər