Aygün Sadiq bağçasına səyahət...


Bu dönüşün anlamı yox, 

Ürəyimdə səssiz güldüm🙂

Gəmiləri yandırmışıq,

Dərin dəryaya gömüldüm.


Qəlbimin səsini kəsib,

Ürəyimə daşlar basıb,

Xöşbəxtlikdən əlim üzüb

Gahdan bulud təki doldum,


O zamanlar mən biçara

Ümidlərsiz , qəlbi yara,

Günü bəxti kimi qara,

Gözüyaşlı bir heykəldim,


Sözünlə şəfa kimiydin,

Dərdimə dəva kimiydin,

Bir isti yuva kimiydin,

Hürkək-hürkək mehman oldum.


Sevgim çoxmu sıxdı səni?

Dinləməyib ürəyini

Ağlında bitirdin məni,

Çəkəmmədin... Ağır gəldim...


Daha yoxdur ümid məndən, 

Uzaq yaşa, dolan gendən,

Ruhsuz, öksüz qaldı bu tən,

Öldüm, səndən sonra öldüm...


Aygün Sadiq 


Tarix: 22-02-2025, 14:33 Oxunub: 917


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31