Əsilləri Qazaxın Daş Salahlı kəndindən olan "Qayalı" nəslini bir çoxları yaxşı tanıyır. Bu nəsil ən böyük nəsillərdən hesab olunur.
Bilənlər, görənlər hər zaman vuğrulayıb ki, "Qayalı"da ərlər-ərənlər yetişir.
Sabiq polis serjantı Göyüş Əsgərov özünün də mənsub olduğu bu nəsil barəsində şeir yazıb.
Həmin şeiri təqdim edirik:
Gözüylə qor götürəndir
Gecə karvan keçirəndir
Dərdə şəfa gətirəndir
Saf ürəkli, mərd Qayalı.
Böyük nəsil "Qaya" soylu
Həm igiddir, həm qürürlu
Mərhəmətli, üzü nurlu
Əl tutandır mərd Qayalı
Tərəkəmə aran-dağlı
Motalları pendir-yağlı
Bol ruzili, barlı-bağlı
Əzəmətli, mərd Qayalı
Qara Bəzir, Xallı Kərəm
Yoxluğunuz bizə qəm
Gözümüzdə saxladınız nəm
Görməyəsiniz dərd Qayalı.
Göyüş deyər aram-aram
Bu nəsildə mən də varam
Hər an sənin ağrın allam
Sağlam ruhlu mərd Qayalı
32gün.az
Bölməyə aid digər xəbərlər