13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
QAZAX rayonu Daş Salahlı kənd sakinləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cənablarına təşəkkür məktubu ünvanlayıblar....

QAZAX rayonu Daş Salahlı kənd sakinləri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cənablarına  ATİA.AZ saytı vasitəsilə təşəkkür məktubu ünvanlayıblar. Məktubda deyilir:
"Qazax rayonunun Daş Salahlı kəndi demək olar ki, Azərbaycanda ən böyük kəndlərdən biridir. 
Kənddə ümumilikdə 2000-2500  yaşayış evi var, təxminən 10.000-dən cox əhali yaşayır. 
Kənddə məscid, mədəniyyət evi, İcra nümayəndəliyi, bələdiyyə, Şəhidlər xiyabanı, Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş abidə kompleksi, kitabxana, klub, iki tam orta məktəb, uşaq bağçası, poçt, elektron telefon stansiyası (EATS), həkim məntəqəsi və digər ticarət və ictimai-iaşə obyektləri var.
Qazax rayon Polis Şöbəsinin  Daş Salahlı Polis bölməsi də bu kənddə yerləşir və Daş Salahlı kəndi ilə yanaşı rayonun bir çox kəndlərinin  təhlükəsizliyini təmin etmək üçün əllərindən gələni edirlər. Kəndin bir neçə lazımı yerlərində insanların təhlükəsizliyini  təmin etmək üçün kicik postlar da qurulmuşdur.
Bu  Polis bölməsi yaranan bir gündən çox şükürlər olsun ki, kənddə dava-dalaş, oğurluq hadisələri, eləcə də ölümlə nəticələnən hadisələr demək olar ki, yox dərəcəsindədir. 
İnsanların rahat şəkildə istər gecə, istərsə də gündüz saatlarında gəzib dolaşması məhz kənddə yaradılmış Polis bölməsinin hesabınadır. 
Günü bu gün də istər hər-hansı bir tədbirlərdə,  istərsə də hər hansı bir qayda-qanuna düzgün əməl etmək,  əhalini marifləndirmək sahəsində əllərindən gələni əsirgəməyən,  44-günlük Vətən müharibəsində bizimlə birgə əl-ələ verib vətən keşiyində duran,  əsgərlərimizə mənəvi dəstək göstərən Daş Salahlı kənd Polis bölməsinin heyyətinin gördüyü işlər danılmazdır.
  Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cənablarının apardığı düzgün siyasət və kadrların düzgün yerləşdirilməsi sayəsində
 pandemiya dövrünün çətinliklərinə baxmayaraq mart ayının 14-dən etibarən tətbiq olunan sosial izolyasiya tədbirlərinin icrası sahəsində Daxili İşlər orqanları əməkdaşlarının öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirməsinin, gücləndirilmiş iş rejimində çalışmasına baxmayaraq hər bir polis əməkdaşının  qanun çərçivəsində hərəkət edərək insanların köməyinə çatmasının, onların həyati problemlərinin həllinə yardımçı olmasnın, müraciətlərə həssaslıqla yanaşmasının, habelə, qanunu pozanlara qarşı mübarizədə dönməzliyinin ictimaiyyət  tərəfindən həssaslıqla və minnətdarlıq hissi ilə qarşılandığını əsas tutaraq başda Cənab Nazir olmaqla, bütün DİN əməkdaşlarına, o cümlədən də Daş Salahlı kənd Polis bölməsinin heyyətinə Daş Salahlı kənd sakinləri adından öz sonsuz təşəkkürlərimizi bildiririk."
 Hörmətlə: Qazax rayon Daş Salahlı kənd sakinləri


Tarix: 8-07-2021, 22:59 Oxunub: 1 676


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı