"OBA" marketlərdə müstərilərin aldadılması ənənə halını alıb

      Redaksiyamıza dəfələrlə  "OBA" marketlərdə müstərilərin aldadılması haqqında məlumatlar daxil olmuşdur. Bu şikayətlərə əsasən yolumuzu "Neftçilər" ərazısində yerləşən OBA marketdən saldıq.
  Piştaxtada üzərində qiyməti 13 manat 83 qəpik olan, ümumi dəyəri 2 manat 58 qəpik təşkil edən kolbasa və bir neçə digər mallar götürərək kassaya yaxınlaşdıq.
Və kassada şikayətçilərin haqlı olduqlarının bir daha şahidi olduq.
Belə ki, kassada  kolbasanın qiyməti 14 manat 89 qəpik, dəyəri isə 2 manat 77 qəpik təşkil etdiyini gördük. 
Adicə 186 qramlıq kolbasada vitrinlə kassa arasında 19 qəpik fərq varsa, görün digər bahalı mallarda nə qədər müştəriləri aldatma halları halları baş verir. Bizdən bu qədər....
Qalan işlər qalır aidiyyəti qrumların nəzarətinə və OBA rəhbərliklərinin vicdanına...


Tarix: 20-04-2023, 12:35 Oxunub: 298


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031