Tanınmış din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayevin Bakıdakı “Kral” ət məhsulları şirkətini ziyarət etməsi birmənalı qarşılanmayıb. Adların çəkilən şəxslərin bu şirkətin istehsalı olan kolbasa və sosislərin reklamında iştirakı isə tənqidlərə tuş gəlib.
“Kral” ət məhsulları şirkəti bir neçə gündür ki, din xadimlərinin kolbasa yediklərini əks etdirən fotolarını reklam roliki kimi sosial şəbəkələrdə yerləşdirib.
Şirkətin reklam mətnində qeyd olunur ki, din xadimləri “Kral” ət məhsulları şirkətini ziyarət edib, dini mövzularda söhbətlər edib və istehsal olunan kolbasa və sosislərin dadına baxıblar.
“Ruhanilər bir daha halallığa və təmizliyə şahidlik ediblər…”, – deyə şirkət bildirib.
Sosial şəbəkələrdə çox sayda izləyici tanınmış din xadimlərinin kolbasa və sosis reklamında iştirakını pisləyiblər.
Tənqidçilər bildiriblər ki, kolbasa və sosislərin tərkibinə donuz əti və piyi qarışdırılmasa, onu uzun müddət saxlamaq olmaz.
“Kral” ət məhsulları şirkəti bu iddialara cavab olaraq bildirib ki, onun istehsal etdiyi kolbasa və sosislərə donuz piyi vurulmur.
Bölməyə aid digər xəbərlər