Ötən il ərzində Azərbaycana gətirilən 5 min 567,09 ton kolbasanın 77 %-i Rusiyanın payına düşüb.
2022-ci ilin ilk ayında Azərbaycana xaricdən 937,11 min ABŞ dolları dəyərində 294,58 ton kolbasa gətirilib ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsində 12,3 %, kəmiyyət olaraq – 25,6 % azdır.
Azərbaycan hesabat dövründə Rusiyadan 577,28 min ABŞ dolları dəyərində 195,59 ton kolbasa alıb. Sonrakı yerlərdə isə Almaniya, Belarus, Türkiyə və Polşa gəlir.
2021-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 23,9 % və 39,3 % azalıb.
"Veysəloğlu" Şirkətlər Qrupunun əsas partnyor şirkətlərindən olan “Halal Dad” MMC-nin İcraçı direktoru Nicat Qəhrəmanov hazırda bölgədə geosiyasi vəziyyətin kolbasa məhsullarına təsirlərini belə izah edir:
“Son hadisələr iqtisadiyyata, yerli sahibkarlıq subyektlərinə, o cümlədən ət və ət məhsulları istehsalı ilə məşğul olan fabrik və zavodlara ciddi təsir göstərib. Yerli istehsalın demək olar ki, 60-70 %-i Rusiyadan idxal olunan xammaldan asılıdır deyə, bu, həm qiymət, həm də nəqliyyat xərcləri baxımından ciddi qiymət artımına səbəb olur. Lakin dövlətin apardığı iqtisadi siyasət nəticəsində qismən də olsa ayaqda dura bilmişik. Mövcud beynəlxalq iqtisadi-siyasi vəziyyət qiymətlərdə bir qədər də artıma, həmçinin ərzaq, xammal çatışmazlığına gətirib çıxarmışdı. Bu təsir kolbasa, sosis və servelat istehsalı olan yerli müəssisələrə də təsirsiz ötüşməyib. Bölgədəki vəziyyətlə əlaqədar olaraq, yollar bağlandığından xammalın çatdırılmasında gecikmələr və ləngimələr olur. Alternativ bazar olaraq, Türkiyəni deyə bilərəm. Bu yolla idxal edilərkən həm daşınma, həm də logistika çətinlikləri səbəbindən qiymətlərdə artım müşahidə oluna bilər”.
Bölməyə aid digər xəbərlər