Bakıda azyaşlı qıza təcavüz edən şəxs həbs edildi

     Suraxanıda azyaşlı qıza təcavüzda şübhəli bilinən şəxs həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq əməlləri – 14 yaşına çatmayan şəxsə qarşı) maddəsi ilə iş başlanıb: “Cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
     Hazırda ibtidai istintaqı Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
    Məlumata görə, bir neçə gün əvvəl Suraxanı sakini olan qadın polisə müraciət edərək qeyri-rəsmi nikahda yaşadığı şəxsin azyaşlı qızını zorladığını bildirmişdi.


Tarix: 8-06-2023, 14:36 Oxunub: 331


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031