11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
İranda həbs edilən etirazçılar cinsi istismara məruz qalırlar: Dəhşətli faktlar...

Etiraz nümayişlərində saxlanılan iranlı Hana: “İran həbsxanalarında qadınlara təcavüz edilir”
“İranda etirazlarda iştirak etdikləri üçün saxlanılan qadınlara həbsxanalarda təcavüz edilir”.
Bu barədə bir sutka polis bölməsində saxlanılan etirazçılardan biri məlumat verib.
Hana adlı qadın bu zorakılığın şahidi və həmçinin qurbanı olub.
CNN jurnalistləri aksiyalarda iştirak edən 20 yaşlı qızla söhbət ediblər. O, polis bölmələrində baş verən cinsi zorakılıqlar barədə danışıb.
Kürd əsilli Hana (təhlükəsizlik məqsədilə ad dəyişdirilib) adlı qız saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. Hana  bildirib ki, orada cinsi zorakılığın şahidi olub. Həmçinin bu zorakılığın qurbanına da çevrilib. Baxmayaraq ki, o, təcridxanada cəmi bir gün keçirib.
Hananın saxlanılması ərəfəsində onun anasına Mahabad şəhərindəki həbsxanada çalışan tanışı zəng edib. Həbsxana müdiriyyətinin yüksək rütbəli əməkdaşı olan bu şəxs qadını xəbərdar edib ki, heç bir halda qızını evdən buraxmasın və onlar etirazlarda iştirak etdiklərinə görə saxlanılmasınlar, çünki İran həbsxanalarında qadınlarla “çox pis rəftar olunur”.
Xəbərdarlığa baxmayaraq, Hana etirazlara qoşulub və bir çox digər qadınlar kimi, hər kəs qarşısında hicabını yandırıb. Polisdən ona bildirilib ki, guya bu an müşahidə kamerasına düşüb və bununla da onun saxlanmasına zəmin yaranıb.
Hana polis bölməsinə gətirilib. Burada onunla birlikdə daha 30-40 qadın, eləcə də 13-14 yaşlı yeniyetmələr olublar. Yeniyetmələr polis əməkdaşları tərəfindən şiddətli şəkildə döyülüblər.
“Ancaq qızların vəziyyəti daha pis idi, çünki onlar cinsi zorakılığa məruz qalırdılar”, - deyə Hana bildirib.
Kamera yoldaşları Hanaya polis bölməsində məruz qaldıqları təcavüzlərdən danışıblar. Hana özü də belə bir hadisənin şahidi olub. Belə ki, saxlanılan yeniyetmələrdən biri polisin dindirilmə otağına aparmağa hazırlaşdığı bacısını müdafiə etmək istəyib, lakin polislər onu dəyənəklə döyüb, bu arada isə bacısının qonşu otaqdan qışqırıq səsləri eşidilib. Hana orada qadına təcavüz edildiyindən əmindir.
Hana özü də zorakılığa məruz qalıb. O bildirib ki, polis məmuru onu dindirilmə otağına həbs edib və üzərinə hücum çəkib, həmçinin cinsi əlaqə qarşılığında ona azadlıq vəd edib.
Hana jurnalistlərə müsahibə verdiyi zaman qızın boynunda qançır izləri olub ki, bu da ona polis tərəfindən hücum edildiyini göstərir.
Hananın sözlərinə görə, insanlar İran həbsxanalarında və təcridxanalarında baş verənlər barədə ətraflı məlumata sahib deyillər, çünki polislər qadınları qorxudurlar.
“Onlar qadınları hədələyirlər ki, başına gələnləri deməsinlər, bunu onlara kimin etdiyini deməsinlər. Onları kimin təhqir etdiyini, kimin təcavüz etdiyini deməsinlər, bu barədə danışmasınlar”, - deyə Hana qeyd edib.
Xananı həbsdən atası xilas edib və o, İrandan qaçmağa nail olub. Bütün baş verənlərə baxmayaraq, Hana əmindir ki, onun başqalarından daha çox bəxti gətirib. Çünki bir çox saxlanılanlar “İranın qarışıq həbsxana sistemində” yoxa çıxır.
“Bəzi qızlar cinsi zorakılığa məruz qalır və sonra da başqa şəhərlərə aparılır”, - deyə Hana bildirib. Hüquq müdafiəçiləri bildiriblər ki, son illər İranda yüzlərlə insan yoxa çıxıb və onlar haqqında heç bir məlumat yoxdur.  İtkin düşənlərdən biri 20 yaşlı Armita Abbasidir. Etirazlar başlayandan bəri o, sosial şəbəkələrdə hökumət əleyhinə paylaşımlar edib, lakin küçə etirazlarında birbaşa iştirak edib-etmədiyi məlum deyil. Lakin polis qızı bu etirazlara rəhbərlik etməkdə ittiham edərək saxlayıb. Səlahiyyətlilər bildiriblər ki, Abbasinin mənzilində axtarış aparıldığı zaman polislər 10 ədəd Molotov kokteyli aşkar ediblər.
Oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasini Tehran ətrafında yerləşən Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar. Qızda düz bağırsağın ağır zədələnməsi aşkarlanıb. Həmçinin onun saçları kəsilmiş olub. Həkimlər onun çox qorxduğunu və bütün bədəninin titrədiyini bildiriblər.
Polislər xəstəxana işçilərinin Armita ilə danışmasını qadağan ediblər. Eyni zamanda həkimləri məcbur ediblər ki, təcavüzün qızın həbsindən əvvəl baş verdiyini sübut edəcək rəsmi sənəd tərtib etsinlər. Armitanın başına gələnlər ictimaiyyətə məlum olduqdan sonra polislər qızı xəstəxanadan aparıblar. Səlahiyyətlilərin verdiyi məlumata görə, qız yerli həbsxanaya köçürülüb, lakin bu məlumat təsdiqlənməyib.
Baş verənlərlə bağlı xəstəxanadan bildirilib ki, Armita Abbasi barədə onlarda hər hansı qeyd yoxdur.


Tarix: 23-11-2022, 11:07 Oxunub: 225


Bölməyə aid digər xəbərlər