Son günlərdə həmişə din, tarix və mədəni tellərlə bağlılıqları vurğulanan İranla Azərbaycan arasında gərginlik zirvə həddindədir.
Bakı Tehranı Azərbaycan ərazisində separatçılara razılaşdırılmamış yüklər çatdırmaqda ittiham edərək, Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində İran yük maşınlarını yoxlamağa və onlardan rüsüm ödəməyi tələb etməyə başlayıb.
Tehran Bakının İsraili Azərbaycana gətirdiyini, Ermənistana yük daşıyan iki sürücüsünü saxladığını iddia edib, bunun ardınca isǝ İran hərbiyyəsi Azərbaycanla sərhədə qoşun yığaraq "Xeybər fatehləri" təlimini keçirib.
Daha sonra isǝ İranın öz ərazisi üzərindən Bakıdan Naxçıvana hərbi yük təyyarələrinin uçuşuna qadağa qoyduğu xəbəri yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi bunu indiyə kimi nə təsdiq, nə təkzib edib.
Bǝzi tǝhlilçilǝrǝ görǝ, bütün bunlar iki ölkə arasında gərginliyin təhlükəli həddə, açıq münaqişəyə keçə biləcək həddinə çatdığından xəbər verir.
Görəsən, İran vətəndaşları Azərbaycanla İran arasında hadisələrin bu cür inkişafını necə qiymətləndirirlər?
Sfera.az BBC News-a istinadən xəbər verir ki, bu məsələ barədə sıravi iranlıların fikirləri öyrənilib.
Müsahiblərin təhlükəsizliyini qorumaq məqsədilə onların ad və soyadı dəyişdirilib.
Bu işin sonu savaş olmaz
İranın Kərəc şəhərindən 41 yaşlı Məhəmməd Ğəimi hesab edir ki, "bu problemlərin kökü gedib çıxır Qarabağ savaşına."
"İsrailin Azərbaycanın yanında olması Azərbaycanın qələbəsinə və bölgədə mövcudluğuna səbəb oldu. Üstəlik, İranın sərhədinə yaxınlaşmasını Tehran ciddi bir təhlükə sayır. Azərbaycan da İranın Ermənistana verdiyi dəstəkdən rahatsızdır", - o söyləyib.
"Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz. Üstəlik, hər ikisi də şiə toplumudur və dərin ortaq tarixləri var", - Məhəmməd Ğəimi deyib.
Biz savaş istəmirik
Təbrizdən 43 yaşlı xanım Elnaz Bərği hesab edir ki, "İranın özü nə etdiyini bilmir".
"Bilsəydi, Azərbaycana toxunmazdı. Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, umumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır. Biz necə o dil və tariximizdən qopa bilərik ki?
İlham Əliyev gəldi Xudafərində dedi ki, bura qardaşlıq sərhədidir, amma bunlar onu da görmədilər. Ondan sonra Əliyev yumruğunu göstərdi. Biz savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq".
17:35 / 21-11-2024
"Mükəmməl Konstitusiyamız" - Nizami Allahverdiyev
16:14 / 21-11-2024
Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir
13:58 / 21-11-2024
Azərbaycanda alimentin məbləği artırılır
13:51 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
11:24 / 21-11-2024
COP29-da ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib
11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:14 / 21-11-2024
Azərbaycanlı qadın Türkiyədə güllələndi - FOTO
11:08 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı yeni qərar
11:04 / 21-11-2024
Əli Əsədov bu qaydaya dəyişiklik etdi
10:59 / 21-11-2024
Bu avtobusların fəaliyyəti bərpa edilir - 46 marşrut
10:50 / 21-11-2024
“Bakı Bəyannaməsi gələcək üçün mühüm impuls yaradacaq” – BMT rəsmisi
10:00 / 21-11-2024
"Ənənələri olan Partiya" - Anar Nəbiyev
09:55 / 21-11-2024
"Şanlı tariximizin parlaq səhifələri yazılır" - Sevda Məmmədova
09:49 / 21-11-2024
"Sarsılmaz birliyimiz" - Səməd Orucov
15:30 / 20-11-2024
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edildi
13:22 / 20-11-2024
Çempionlar Liqasının oyununu azərbaycanlı hakim idarə edəcək
12:00 / 20-11-2024
Yeni hakimlərdən biri Vətən müharibəsi iştirakçısıdır
11:58 / 20-11-2024
Bəzi müəssisələrə ödənilən ƏDV-nin 50 faizi geri qaytarıla bilər
11:56 / 20-11-2024
Əfsanəvi pop qrupunun iki üzvü bir həftə içində öldü
11:53 / 20-11-2024
İcra başçısı vətəndaş qəbulu keçirdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
11:50 / 20-11-2024
Bu şəxslərin gəlirlərinin 75%-i vergidən azad olunur
09:31 / 20-11-2024
Yeni dələduzluq növü – Saxta dəvətnamələr...
07:53 / 20-11-2024
Qarakənd faciəsindən 33 il ötür
18:58 / 19-11-2024
Məhkəmədən müəllimlərin sertifikasiyası ilə bağlı mühüm qərar
18:57 / 19-11-2024
Paşinyan onları vatsap mesajı ilə işdən çıxarıbmış
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
18:55 / 19-11-2024
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
18:53 / 19-11-2024
Saxta cərrahlardan danışan jurnalistin səhifəsi bloklandı
18:40 / 19-11-2024
“İrşad”da ilin ən böyük endirimləri! - Yaşıl cümə kampaniyası başladı!
"İran ölkədə yaşayan türklərin oyanmasından qorxur" - İrandan sǝslǝr
Bölməyə aid digər xəbərlər
Tarix: 10-10-2021, 14:36 Oxunub: 322
Bölməyə aid digər xəbərlər
10-10-2021, 09:21
Bizim əsil düşmənimiz kimdir? - I Pyotrun vəsiyyətləri...
23-06-2021, 05:31
Xankəndinə İran maşınları axışır: saxta nömrələrlə - FOTO - TƏFƏRRÜAT
19-01-2021, 09:19
QAN YADDAŞI...- 20 Yanvar – Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
2-01-2021, 11:14
Ərdoğanla İlham Əliyevin sünni məscidində namaz qılmasının ŞOK SƏBƏBLƏRİ - "EADaily"
28-12-2020, 18:02
"Mədəni irs yalnız ayrıca bir xalqa deyil, bütün bəşəriyyətə məxsusdur" - Hikmət Hacıyev
22-12-2020, 13:20
Həsən Həsənov: "Tarix təcavüzkara qarşı öz hökmünü verir"
18-12-2020, 13:40
QARABAĞDA SON DURUM-Xeyli sayda ərazi Azərbaycana qaytarılır.
15-12-2020, 06:27
İran yenidən Ermənistana silah dolu hərbi "Kamaz"lar göndərməyə başlayıb
13-12-2020, 19:56
Prezident İlham Əliyevdən Minsk qrupunun həmsədrlərinə siyasət və diplomatiya dərsi
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:03
Prezidentin köməkçisi: “Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir” - VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi