11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda iki qızına qarşı seksual zorakılıq hərəkətləri edən ŞƏRƏFSİZ ATAYA 16 il həbs cəzası verilib

Bakıda iki azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 56 yaşlı Sahib Şıxıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında  oxunan  hökmə əsasən, S.Şıxıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sahib Şıxıyev yetkinlik yaşına çatmayan iki qızına qarşı seksual xarakterli hərəkətlər törədib.
Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.2.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ittiham irəli sürülüb.


Tarix: 28-10-2021, 10:44 Oxunub: 510


Bölməyə aid digər xəbərlər