11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Aslanovun oğlunun qətlində təqsirləndirilən Vüqarın ömürlük cəzası azaldıldı

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı mərhum Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin cəzası 25 ilə endirilib.
ATİA.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun cəzası bu gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yüngülləşdirilib.
2003-cü ildə həbs edilən V.Əliyevin cəzası 7 il sonra, 2028-ci ildə başa çatacaq.
Vüqar Əliyev 2003-cü ildə nişanlısı Lamiyə Quliyeva ilə birlikdə Aslan Aslanovun oğlu Ruslan Aslanovun öldürülməsində təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
15 yaşında qətl törədən Lamiyə Quliyevanın 2014-cü ildə 4 saylı cəzaçəkmə müəssisəsində övladı dünyaya gəldi.
Təcrid olunmuş və rəsmi nikahı olmayan L.Quliyevanın türmədə dünyaya gətirdiyi uşağının atasının kimliyi ilə bağlı müəmma bu məsələyə diqqəti daha çox çəkdi.
Bununla başlanan ictimai müzakirələr sonda L.Quliyevanın azadlığa buraxılması ilə yekunlaşdı.
L.Quliyeva 2015-ci ilin fevral ayında Baş Prokurorluğun verdiyi protestlə azadlığa buraxılıb.
Qeyd edək ki, Aslan Aslanov 2018-ci il avqustun 23-də vəfat edib.


Tarix: 18-03-2021, 17:08 Oxunub: 656


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı