19:41 / 21-09-2024
Xətaidə 1 sutka su olmayacaq
21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Saytımızda dərc olunan "Bakı Dövlət Universitetinin Qazax filialının həyətində ŞƏHİDİN adının əbədiləşdirilməsi üçün inşa olunan BULAQ yararsız hala düşüb..." sərlövhəli yazıya reaksiya...

   Bakı Dövlət Universitetinin Qazax filialının həyətində  birinci Qarabağ müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Rəsul Veyisovun adının əbədiləşdirilməsi üçün inşa olunmuş "Bulaq kompleksi" barədə ATİA.AZ saytında və "Qazaxlılar" qrupunda həmin bulağın yararsız hala düşməsi və suyunun gəlməməsi haqqında yazı dərc olunmuşdu.
http://atia.az/blg/7215-qazax-hri-pedaqoji-universitetinin-hytind-hdn-adnn-bdildirilmsi-n-ina-olunan-bulaq-yararsz-hala-db.html
   Bununla bağlı AQMƏVŞA İB-nin Qazax rayon filialı, Müharibə, Əmək və Silahlı Qüvvələr  İB-nın Qazax rayon şöbəsi, Qazax Xeyriyyə Cəmiyyətinin üzvləri və ATİA.AZ  saytının əməkdaşları ilə adı gedən ərazidə olduq və  BDU-nun Qazax filialının rəhbər işçilərinin iştirakı ilə bulağa baxış keşirdik. Birlikdə qərara alındı ki, bulağın yeri mütləq dəyişdirilməlidir.
Müraciətimizdən sonra Qazax RİH başçısı R.Babaşov və Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İ.Pirməmmədov həmin bulağın yerini dəyişdirərək daha müasir bulaq kompleksinin inşa olunacağına söz verdilər. 
   Ona görə də İctimai Birliklər və Qazax ictimaiyyəti adından Qazax rayon İB, cənab Rəcəb Babaşova, professor İ.Pirməmmədova və ATİA.AZ saytına öz minnətdatlığımızı bildiririk.

 Xasay Balayev, 
AQMƏVŞA İB-nin Qazax rayon filialının sədri


Tarix: 27-09-2022, 07:40 Oxunub: 265


Bölməyə aid digər xəbərlər