11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
XTQ-nin zabiti, leytenant Mayis Yaqubovun xatirəsinin əbədiləşdirilməsi üçün "Abidə Bulaq" kompleksinin açılış mərasimi olub... QAZAXDA...


Qazaxın Ermənistanla sərhəddində yerləşən Daş Salahlı kəndində böyüyüb boya başa çatan, XTQ-nin zabiti, leytenant Mayis Yaqubovun şəhid olmasından 1 il ötür. O, Vətən müharibəsində canını Vətən ücün fəda edən Qazaxın 51 şəhidindən biri olub.  Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Mayis Yaqubovun  adına ötən 1 il ərzində kitablar nəşr olunub, şeirlər yazılıb.  Bir sözlə Azərbaycan tarixində  qəhrəman oğul kimi adını  yaddaşlara yazdı. 
Mayis Yaqubov əfsanəvi, qorxmaz bir döyüşçü olduğu üçün döyüş yoldaşları ona "Əjdaha" ləqəbi adı vermişdilər. 

Qazax RİH-nin başçısı Rəcəb Babaşovun təşkilatçılığı ilə 8 Noyabr - "Zəfər Günü"ndə,  Mayis Yaqubovun adının əbədiləşdirilməsi üçün  tarixlərdən silinməyəcək "Abidə Bulaq"  kompleksinin  açılış mərasimi keçirilib.

Bulağın açılış mərasimində rayon icra başçısı çıxış edərək abidə kompleksinin ərsəyə gəlməsində böyük əməyi keçən 
 "Qazax Xeyriyyə İctimai Birliyi"nin İdarə Heyətinin sədri İlham Pirməmmədova,  Daş Salahlı kənd sakinləri adından, eləcə də öz adından təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən İlham Pirməmmədov  ŞƏHİDLƏRİMİZƏ, QAZİLƏRİMİZƏ,  onların ailələrinə böyük qayğı göstərən, daima diqqət mərkəzində saxlayan  rayon icra başçısı Rəcəb Babaşova, eləcə də  Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına  öz təşəkkürünü bildirdi. 

Tədbirdə iştirak edən "Şərq Qəzetinin" baş redaktoru Akif Aşırlı,  Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, şair Barat Vüsal,  Daş Salahlı kənd Şahin Cəbiyev adına 2 saylı tam orta məktəbin direktoru Rəna Bayramova,  eləcə də bir çox ziyalı şəxslər görülən işlərlə görə rayon icra başçısına, "Qazax Xeyriyyə İctimai Birliyi"nin İdarə Heyətinin sədri İlham Pirməmmədova öz təşəkkürlərini bildirdilər. 

XTQ-nin zabiti, Leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubov görülən bütün  işlərə görə başda Ali Baş Komandan  İlham Əliyev Cənabları olmaqla, rayon icra başçısı Rəcəb Babaşova, "Qazax Xeyriyyə İçtimai Birliyi"nin idarə Heyyətinin sədri İlham Pirməmmədova, eləcə də tədbir iştirakçılarına, kənd sakinlərinə, oğlu Mayisın adının daima uca tutulmasına görə əməyi keçən hər kəsə təşəkkür etdi. 

Üç saatdan çox davam edən tədbirdə ŞƏHİDİMİZİN adına  bir çox şeirlər səsləndirildi. 

ŞƏHİDİMİZ Mayis Yaqubovun atası Rəhim Yaqubov ayrıca olaraq ATİA.AZ saytına bildirdi ki, 8 rəqəmi və 8 noyabr tarixi bizim ailə üçün xüsusi bir məna kəsb edir: "8 il oğlum Mayis hərbidə olub, 8 Noyabr  - "Zəfər Günü",  8 Noyabr -  abidə bulağının açılış günü,  8 Noyabr - Mayis Yaqubovu dünyaya gətirən Ruhiyyə ananın ad günüdür"

ATİA.AZ saytı olaraq biz də öz növbəmizdə ŞƏHİDİMİZİN anası Ruhiyyə ananı ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik,  görülən işlərdə  əməyi keçən hər kəsə kollektivimiz adından öz təşəkkürlərimizi bildiririk. 
ŞƏHİDLƏR ÖLMƏZ!!! VƏTƏN BÖLÜNMƏZ!!!

 Elnur Quliyev, ATİA.AZ


Tarix: 9-11-2021, 21:26 Oxunub: 954


Bölməyə aid digər xəbərlər