Möhtərəm Prezidentimiz İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr "ANIM GÜNÜ" kimi qəbul edilmişdir.
Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə olan dərin ehtiramın ifadəsidir.
Respublikanımızın hər yerində olduğu kimi, Qazax rayonunda da Şəhidlərimizin anım günü yüksək səviyyədə təşkil olundu.
Anım günü tədbiri ilk öncə Qazax rayon Şəhidlər xiyabanında qeyd edildi. Tədbirdə Şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutdan sonra ilk olaraq rayon icra başçısı çıxış edərək Şəhidlərimizi böyük ehtiramla yad edib, onların ailələrinə dərin hüznlə baş sağlığı verdi. Rayon icra başçısının çıxışından sonra, Şəhid ailələri başda olmaqla yanaşı bir çox ziyalı şəxslərə, yüksək rütbəli dövlət işçilərinə, eləcə də Şəhid evladlarına çıxış üçün söz verildi.
Bir neçə saat davam edən tədbirdən sonra, rayon icra başçısısının göstərişi ilə 44-günlük Vətən müharibəsində canından-qanından keçən Şəhidlərimizin ruhuna ehtiram olaraq Qazax rayon Diaqnostika Mərkəzində ağac əkmək aksiyasına start verildi.
Qazax rayon Müalicə Diaqnostika Mərkəzinin həyətində ilk olaraq rayon icra başçısı, daha sonra Şəhid ailələri 500-dən artıq sərv ağacı əkib suvardıqdan sonra, ikinci Vətən müharibəsi Şəhidlərinin adına ucaldılmış "Dəmir Yumruq" abidə kompleksinə piyada yürüş olundu və abidə kompleksinin açılış mərasiminə başlanıldı.
"Dəmir Yumruq" abidə kompleksinin açılış mərasimində rayon icra başçısı Rəcəb Babaşov bir daha çıxış edərək, 44-günlük Vətən müharibəsində ən uca ali zirvəyə ucalan Şəhidlərimizi bir daha ehtiramla yad edərək, onlara Allahdan rəhmət, ailələrinə uca Allahdan səbr dilədi.
İcra Başçısı çıxışında onu da bildirdi ki, 30-ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı az bir müddətdə (44-gün ərzində) Şəhidlərimiz başda olmaqla düşməndən azad etməkdə böyük zəhməti olmuş Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının zəhməti olub və bu danılmazdır.
Sonda başçı 44 gün ərzində bizlərə bu sevinci yaşadan, böyük zəhməti olan Möhtərəm Prezidentimizə payon əhalisi adından təşəkkür və minnətdarlıq bildirdi.
Rayon icra başçısından sonra çıxış edənlər də Qazax rayonuna göstərdiyi qayğıya görə, Şəhid ailələrinə, Qazilərə diqqət ayırıb dəyər verdiyi üçün Ali Baş Komandanımz İlham Əliyev cənablarına öz sonsuz təşəkkürlərini bildirib.
ATİA.AZ saytı olaraq biz də öz növbəmizdə Vətən uğrunda canından keçən Şəhidlərimizi hörmət və ehtiramla anırıq.
ALLAH RƏHMƏT ELƏSİN!!!
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!!!
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər